Azərbaycanda məmurların maaşı AÇIQLANDI

20.06.2024 - 16:46

2024-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,1 min nəfər olub ki, onların da 29,7 faizini qadınlar təşkil edir. Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Dövlət qulluqçularının 7,3 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali – 3-cü təsnifatları, 3,8 faizi 4-cü təsnifatı, 11,7 faizi 5-ci təsnifatı, 7,9 faizi 6-cı təsnifatı, 46,6 faizi 7-ci təsnifatı, 22,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

Dövlət qulluqçularının 4,6 faizi 1 ilədək, 25,4 faizi 1 ildən 5 ilədək, 22,5 faizi 5 ildən 10 ilədək, 19,3 faizi 10 ildən 15 ilədək, 28,2 faizi isə 15 il və daha çox qulluq stajına malikdir. Dövlət qulluqçularının 2,5 faizini 25 yaşadək, 13,7 faizini 25-29 yaşda, 17,8 faizini 30-34 yaşda, 15,9 faizini 35-39 yaşda, 12,5 faizini 40-44 yaşda, 9,4 faizini 45-49 yaşda, 7,7 faizini 50-54 yaşda, 9,1 faizini 55-59 yaşda, 9,7 faizini 60-64 yaşda, 1,7 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2023-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,3 faiz artaraq 1933,3 manat təşkil edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=201523

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930