Məkkədə nə baş verir? – Kütləvi ölümlərin inanılmaz səbəbi

21.06.2024 - 12:01

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı 1000-dən çox zəvvar ölüb. Bu, ictimaiyyətdə narahatlıq doğurub. Bəziləri bunun terror olduğunu düşünür. Ya da qida zəhərlənməsi. Mövzu ilə bağlı Glıobalinfo.az-a danışan professor, tibbi ekspert Adil Qeybulla deyib ki, 3-5 milyon turistin, zəvvarın işini təşkil etmək çox çətindir. Onun sözlərinə görə, ziyarət zamanı bəziləri səhlənkarlıqdan vəfat edir: “Bunun terrorla əlaqəsi yoxdur. Çox vaxt insanlar gecə torpağın üstündə yatırlar. Ora gələnlərin müəyyən hissəsi cahil adamlardır. Onlar öz gigiyenalarını gözləyə bilməyən, torpaqda yatan, özləri üçün yer kirayələməyən şəxslərdir. Belələri olduqca çoxdur. Təbii ki, idealistcəsinə islam dininə vurulub, ora gələnlər də yetərincədir. Həccə gedənlərin əksəriyyəti yaşlı insanlar olur. Orada olan insanların yanaşı olaraq çoxsaylı – şəkərli diabet, təzyiq və s. xəstəlikləri var. Belə insanlar isti havada müxtəlif ayinləri, digər adətləri icra etmək üçün uzun müddət yüksək temperatur altında qalmaq məcburiyyətindədirlər. Əlbəttə, bu da susuzluğa, günvurmaya və ölümə gətirib çıxara bilər”.
A.Qeybulla deyib ki, əslində, belə situasiyada bu qədər zəvvarın ölməsi heç də təəccüblü deyil: “Gərək, Səudiyyə Ərəbistanında müvafiq qurumlar bununla bağlı xəbərdarlıq edərdilər. O zaman insanlar bəlkə də, ziyarəti dayandıra bilərdilər. Əsas odur hansısa bir formada xəbərdarlıq etmək olardı. Amma düşünürəm, insanların özünün də günahı var. Səhhəti imkan verməyən adam bu havada ora niyə getməlidir?! Hesab edirəm ki, yerli qurumlar bununla bağlı təbliğat aparmalıdırlar, müəyyən təşkilati işlər görməlidirlər. Həm Səudiyyə Ərəbistanı özü də müəyyən addımlar atmalıdır. Müsəlmanlar bütün Asiyaya, Afrikaya yayılıb. Bunların arasında həyat səviyyəsi xeyli aşağı olan insanlar da var. Onlar qeydiyyatsız gəlirlər ziyarətə. Bunlar arasında da ölüm halları az olmur. Çünki gigiyenik qaydalara riayət etmirlər, istidən qorunmaq imkanları da xeyli məhdud olur. Hər halda, ölənlərə Allah rəhmət eləsin, amma ölüm sayını azaltmaq olardı”.
Professor hər il Məkkədə yüzlərlə insanın öldüyünü bildirib: “Orada 3-5 milyon zəvvar olur və onlar arasında yaşlı, xəstə və s. olanlar var. Amma bu şəkildə kütləvi bir ölüm təşkilatçılara yox, çox faktorlara bağlıdır”.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, zəvvarlardan biri dünyasını dəyişərsə elə Məkkədə dəfn olunar. Bundan başqa, əməliyyat və ya müalicəyə ehtiyac olarsa, Səudiyyə Ərəbistanı xərcləri özü qarşılayar.
Qeyd edək ki, hazırda Məkkədə 1500-dən çox azərbaycanlı zəvvar var. Onların səhhətinin yaxşı olduğu bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=201559

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031