Məhkəmə prosesi Səfər Mehdiyev üçün arzuolunmaz sonluğa çevrilə bilər

21.06.2024 - 16:27

Dövlət Gömrük Komitəsinin (DGK) vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə istintaqı qurumun keçmiş rəhbəri Səfər Mehdiyev üçün arzuolunmaz prosesə çevrilib. Nümunə olaraq “Azərterminalkompleks” Birliyinin Kommersiya şöbəsinin sabiq rəisi, gömrük polkovniki Xosrov Vahabzadənin məhkəməsini göstərmək olar. NOCOMMENT.az qaynarinfo-ya istinadla xatırladır ki, bu günlərdə Xosrov Vahabzadəyə hökm oxunub.
Onun məhkəməsində diqqətçəkən məqam prosesdə şahid qismində ifadə verən general-mayor Ehtiram Xəlilovun dedikləridir. Ehtiram Xəlilov “Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsində çalışır. O, hazırda ev dustaqlığındadır. General məhkəmədə verdiyi ifadədə bildirib ki, göstərişləri Səfər Mehdiyevdən alıb. “Mənə də Dövlət Gömrük Komitəsinin rəhbərliyi (Həmin vaxt DGK-nın sədri general-polkovnik Səfər Mehdiyev olub-red.) göstəriş verdi. Mən də rəhbərliyin göstərişini təqsirləndirilən şəxsə çatdıraraq həmin kremlərin kimə satılmalı olduğunu bildirdim. Bundan sonra bütün məsələlərlə təqsirləndirilən şəxs özü məşğul olub”, – deyə o bildirib.
Ehtiram Xəlilov bu ifadəsi ilə faktiki olaraq baş verənlərə görə Səfər Mehdiyevin də məsuliyyət daşıdığına eyham edib. Bu tip ifadələr qarşıda Səfər Mehdiyevin mühakimə oluna biləcəyi barədə ehtimalları artırır. Yeri gəlmişkən, DGK-nın vəzifəli şəxslərinin həbs olunduğu ilk günlərdə Səfər Mehdiyevin də oxşar aqibətlə üzləşəcəyi barədə iddialar səsləndirilirdi. Məhkəmə prosesində onun əleyhinə ifadələr verilməsi bu iddiaların reallığa çevrilə biləcəyini düşünməyə əsas verir.

Short URL: http://www.cumhuriyyet.net/?p=201606

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031