Evlər və maşınlar xalaya qalır? – Əhməd işində yeni fiqur, bəs qanun nə deyir?

26.06.2024 - 15:47

Ailəsinin 5 üzvünü qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədovun məhkəmə prosesi başlayıb. Proses zamanı təqsirləndirilən şəxsin xalası Şəfaqət Bədəlova etiraz edib. O, bacısı oğlu Əhməd Əhmədova qəyyum olmaq istədiyini bildirib. Onun mərhum bacısının və ərinin var-dövlətinə sahib olmaq üçün bu iddiaya düşdüyü bildiirlir.

Bəs, kimin qəyyum, varis olmağa haqqı çatır? Qanun bu barədə nə deyir? Məsələni “yeni sabah”a şərh edən hüquqşünas Turan Abdullazadə bildirib ki, Əhmədin xalası hazırda hüquqi varis ola bilməz:

Əhmədin xalası hüquqi varis olmaq istəyir | İnsanoid

“Hazırda Əhmədin özü qanun üzrə vərəsədir. Birinci növbədə Əhmədin özü ləyaqətsiz vərəsə hesab edilərək vərəsəlikdən məhrum edilməlidir. Mülki qanunvericiliyə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin”.

Hüquqşünas həmçinin əlavə edib ki, xala yalnız bundan sonra  qanuni prosedurları keçməklə özünün vərəsə kimi tanınmasını tələb edə bilər: “Əgər notarius onu vərəsə kimi tanımayıb vərəsəlik şəhadətnaməsi verməkdən imtina edərsə, bu zaman o mirasın qəbul edilməsi və vərəsə kimi tanınma ilə bağlı mülki məhkəmə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etməlidir. Məhkəmə onu hüquqi varis kimi tanınsa, ondan sonra o yiyəsiz qalmış əmlaklara sahib ola bilər. Mülki Məcəllənin 1165-ci maddəsinə əsasən, əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs sosial xidmət müəssisələrinin təminatında olmuşdursa, qanunla dövlət mülkiyyətinə keçməli olan daşınar əmlak istisna olmaqla həmin şəxslərə məxsus daşınar əmlak onların mülkiyyətinə keçir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=201870

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031