Müəllimlərin sertifikatlaşdırılması: ən yüksək göstərici hansı rayonlar üzrə olub?

27.06.2024 - 16:48

İbtidai siniflər müəllimlərinin sertifikatlaşdırma nəticələrinə görə orta balı ən yüksək olan rayon və şəhərlər açıqlanıb. Mia.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

Həmin rayon və şəhərlər aşağıdakılardır:

1. Sumqayıt
2. Bakı
3. Abşeron
4. Şirvan
5. Gəncə
6. Mingəçevir
7. Siyəzən
8. Quba
9. Oğuz
10. Şabran
11. Hacıqabul
12. Xaçmaz
13. Qazax
14. Salyan
15. Zəngilan

Nazir bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində işdən ayrılan müəllimlər müsabiqədə yüksək nəticə göstərmiş müəllimlərlə əvəz olunur: “Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində yaranmış vakant saatlar müəllim sıxlığı müşahidə olunan müəssisələrdə həmin müəssisənin müəllimləri arasında bölünür və nəticədə müəssisə üzrə orta dərs yükü artır”

Short URL: http://www.cumhuriyyet.net/?p=201954

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930