Əmək Müfəttişliyi Ekologiya nazirliyini cərimələdi – VİDEO

28.06.2024 - 12:09

ETSN-nin Quba RMTM-nin sənədlər üzrə baş mütəxəssisi vəzifəsində çalışmış Quba rayon Dəvədabanı yaşayış massivində yaşayan Babayeva Gülnar Ələbbas qızı idarə müdiri tərəfindən qanunsuz olaraq işdən çıxarıldığını iddia edir.

O, əsassız yerə işdən azad edildikdən sonra əmək müfəttişliyinə müraciət edib. Əmək müfəttişliyi müraciət əsasında apardığı araşdırmanın sonunda Quba RMTM-nin direktoru Elvin Baxışov barəsində inzibati xətalar məcəlləsinin 192.4-ci maddəsinə, yəni işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinat və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə 20 may 2024-cü il tarixində inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Azərbaycan Respublikasının Əmək məcəlləsinin müvafiq tələblərinin pozulmasına görə Quba RMTM –i əmək müfəttişliyi tərəfindən 1500 manat məbləğində cərimə edilmişdir.

Həmin idarənin əməkdaşı olmuş Zeynalov Ramin Ağalar oğlunun müraciəti əsasında tətbiq edilən həmin cərimə Quba rayon məhkəməsi tərəfindən rədd edilsədə apelyasiya məhkəməsi dövlət qrumunun tətbiq etdiyi cəriməni qüvvəsində saxlamışdı. Hesablama palatası bu cərimələrin ödəniş yöntəmini araşdırana qədər ETSN-nin kadrlar xidməti də Quba RMTM-nin inzibati binasında aparılan kadr təyinatlarını araşdırsa yaxşı olar. Araşdırmaya idarənin kadrlar üzrə baş mütəxəssisi, eyni zamanda idarə direktorunun bibisi gəlini olan Pərvanə Kazımovanın ali təhsil haqqında hər hansı bir sənədinin olub olmamasından başlaya bilərsiz. Araşdırın, idarə direktorunun doğma qardaşı olan Emin Baxışovun və bibisi oğlu Vahid Ərzumanovunda necə işə götürüldüyünü araşdırın!

Ümumiyyətlə Quba RMTM-də pozulan ən yumuşaq qanunlar elə əmək məcələsinin qanunlarıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=201989

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930