Surət Hüseynov da Qarabağ ermənilərindən danışdı: “Onlara vətəndaşlıq vermək olmaz…”
Erməni əsgəri Qriqoryanın Azərbaycan tərəfinə keçməsi və ermənilərin istər işğal etdikləri Dağlıq Qarabağda, istərsə də Ermənistanın özündə acınacaqlı durumda yaşadıqları barədə açıqlamaları bir neçə gündür ki, ölkə mediasının və sosial şəbəkələrin gündəmini zəbt edib. Ölkənin bəzi məhşur personaları prezident İlham Əliyevin Dağlıq Qarabağda yaşayan ermənilərə müraciət edərək onların Azərbaycan konstitusiyasına və üçrəngli bayrağına biət edəcəkləri halda ölkə vətəndaşlığına qəbul ediləcəklərinin bəyan edilməsini doğru addım hesab etdiklərini vurğulayıblar.
Keçmiş baş nazir Surət Hüseynov da bu müzakirələrə qoşularaq moderator.az-a açıqlamasında bildirib ki, Qarabağda yaşayan ermənilərə istənilən halda vətəndaşlıq vermək olmaz: “Qarabağ erməniləri torpaqlarımızda yaşasalar da, Azərbaycan vətəndaşları deyil. Onların statusu 1988-89-cu illərdə Ermənistan dövləti tərəfindən aparılan etnik təmizləmə siyasəti nəticəsində ata- baba torpaqlarından çıxarılmış 215 min azərbaycanlıya Ermənistanda veriləcək statusa bərabər olmalıdı. “
Short URL: http://www.cumhuriyyet.net/?p=20202