Azərbaycan polisi təhlükəsizliyimizin qarantı, hüquqlarımızın təminatçısıdır!

02.07.2024 - 10:19

Hər bir cəmiyyətdə ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təminində polisin müstəsna rol oynadığı birmənalıdır. Polisin “adi” hüquqpozmalardan tutmuş ağır və xüsusilə ağır cinayətlərə qədər ən müxtəlif qanun pozuntularına qarşı apardığı mübarizə vətəndaşların konstitusyon hüquqlarının qorunmasını təmin edir, fərdi təhlükəsizlikdən tutmuş ictimai təhlükəsizliyə qədər hər cür təhdid və təhlükəni zərərsizləşdirir. Bu mənada Azərbaycan polisinin qanunla ona həvalə edilən missiyanın üzərindən yüksək peşəkarlıqla gəldiyi şübhəsizdir. Bu gün daxili ilər orqanlarının əməkdaşları cinayətkarlığın bütün növ və üsullarına qarşı effektiv mübarizə aparır ki, bunlardan da biri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədir.

Polis cəmiyyətin fiziki və mənəvi sağlamlığının keşiyində!

Müasir dünyamızda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, bu problemin kəskinləşməsi baxımından ciddi aktuallıq kəsb etməkdədir. Cəmiyyəti fiziki və mənəvi baxımdan şikəst etmək hesabına milyonlar qazanmağa cəhd edən cinayətkar dəstələr, bəzi hallarda həm də ölkəmizdən narkotiklərin daşınmasında tranzit kimi istifadə etməyə çalışır. Bu baxımdan Azərbaycan polisinin ayıq-sayıqlığı, xidməti peşəkarlığı sadəcə vətəndaşlarımızın deyil, həm də digər xalqların təhlükəsizliyinin təmini baxımından həyati əhəmiyyət kəsb edir.

Sevindiricidir ki, mövcud statistika hüquq-mühafizə orqanlarının əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı effektiv mübarizə apardığını, bu sahədə böyük uğurlara nail olduğunu göstərir. Bu mübarizənin miqyas və nəticələri haqqında daha aydın təsəvvürə malik olmaq üçün cari ilin may ayında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülən işlərə nəzər salmaq kifayətdir.

Xatırladaq ki, 2024-cü ilin may ayında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə ölkə ərazisində toplam 31 əməliyyat həyata keçirilib. Bu əməliyyatlar nəticəsində “qara bazar”dan dəyəri 13 milyon manat olan narkotik çıxarılıb, 4 mütəşəkkil dəstə zərərsizləşdirilib, 39 nəfər həbs edilib. Bütün bu rəqəmlər Azərbaycan polisinin narkotik alverçilərinə qarşı sistemli və səmərəli mübarizəsindən xəbər verir.

Polis milli-mənəvi dəyərlərimizin müdafiəçisidir!

Qeyd edək ki, ölkəmizdə polis həm də milli-mənəvi dəyərlərin müdafiəçisi rolunda çıxış edir. Hansı ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə milli-mənəvi dəyərlərin qorunmasının xalqımızın və dövlətimizin gələcəyi baxımından həyati əhəmiyyət kəsb etdiyini bildirib, xalqımızın 44 günlük Vətən müharibəsində məhz bu dəyərlər sayəsində qalib gəldiyini vurğulayıb. Bu isə o deməkdir ki, polisin xalqımızın mənəvi dəyərlərinin keşiyində dayanması, milli əxlaq və dəyərlərə zidd olan hallara qarşı ciddi mübarizə aparması daxili işlər orqanı əməkdaşlarının milli dövlətçiliyimiz qarşısındakı tarixi xidmətidir.

Onu da qeyd edək ki, polis əməkdaşları milli-mənəvi dəyərləri nümayişkəranə şəkildə pozan, qeyri-etik addımlar atan, əxlaqa zidd çağırışlar edən bu cür şəxslərə qarşı həm real həyatda, həm də internet resurslarında – müxtəlif sosial şəbəkələrdə aktiv mübarizə aparır. Bu mübarizədə məqsəd qeyri-etik danışıq və davranışları ilə ictimai əxlaqa zidd addımlar atan şəxsləri cəzalandırmaqla yanaşı, həm də gənc nəsli bu cür zərərli təsirlərdən qorumaq, xalqımızın sağlam gələcəyini təmin etməkdir.

Bir sözlə, bu gün Azərbaycan polisinin çoxşaxəli fəaliyyəti ölkəmizdə ictimai sabitlik və təhlükəsizliyin təmini ilə yanaşı, həm də sağlam cəmiyyət və gəncliyin formalaşmasına hesablanıb ki, bu da ikiqat uğur, ikiqat nailiyyətdir.

2 iyul – Polis Günü ilə əlaqədar olaraq bütün polis əməkdaşlarını təbrik edir, onların hər birinə xidməti fəaliyyətlərində uğurlar arzulayırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=202034

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031