“Çox sayda tələbə hazırda Naxçıvanda aviakassanın qabağında qalıb”

04.07.2024 - 12:59

Yay mövsümündə ənənəvi olaraq aviadaşımalara, xüsusən də Naxçıvan-Bakı istiqamətində olan uçuşlara, tələbat artımı müşahidə olunur. Türkiyədə təhsil alan azərbaycanlı tələbələr Bakıya dönə bilmirlər. Buna səbəb Naxçıvandan paytaxta uçan təyyarələrə bilet tapılmamasıdır.

İddialara görə, 300-dən çox tələbə Bakıya gəlmək üçün Naxçıvan Hava Limanında qalıb. AZAL-dan verilən açıqlamaya görə isə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə yüksək tələbat müşahidə olunsa da, aviaşirkət sərnişinlərin Bakı ilə Naxçıvan arasında aviadaşımalara olan tələbatını tam ödəmək məqsədilə lazımi tədbirlər görür.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz bildirib ki, hazırda Naxçıvanda biletlə bağlı problemlər davam edir: “Mən bu məsələ ilə maraqlandım, həqiqətən də Naxçıvanda böyük bir bilet problemi var. Bu təkcə tələbələrə aid deyil, ümumi Naxçıvanın problemidir, heç kəs gəlib-gedə bilmir, insanlar bütün günü gedib aviakassanın qabağında dayanırlar, lakin bilet tapa bilmirlər. Təbii ki, onların içərisində tələbələr də var. Elə tələbələr var ki, onlar əvvəldən gediş-dönüş biletlərini alıblar və geri qayıda biliblər. Kimlər ki, öncədən dönüş biletlərini almayıb, həmin şəxslər hazırda gözləyir ki, nə vaxtsa bilet olsa, alsınlar.

Biletlər isə 12-15 gün sonrakı uçuş üçündür. Amma orada olanlar tələbələrin sayını dəqiq deyə bilmirəm. Hər bir halda, Naxçıvanda bilet problemi var, bu isə ümumi problemdir, Naxçıvan əhalisi bu vəziyyətdədir. İndiki mövsüm qiyabi oxuyan tələbələrin dərslərinin başladığı mövsümdür. Qiyabi təhsil alanlar da ora gediblər və geri qayıda bilmirlər. Əmin olun ki, çox sayda tələbə hazırda Naxçıvanda qalıb. Bu da ümumi problemdən qaynaqlanan məsələdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=202326

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031