Magistr imtahanı çox çətin olub, universitetlərdə plan yerləri boş qalıb

06.07.2024 - 12:31

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 922 bakalavrdan 13 484 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5 996 nəfər dövlət sifarişi, 7 488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9 694 nəfər ali təhsil müəssisələrinin cari, 3 790 nəfər isə əvvəlki illərin məzunudur. Bəs görəsən bu rəqəmlər nə dərəcədə ürəkaçandır? Ötən illərlə müqayisədə hazırkı nəticəni qənayətbəxş hesab etmək olarmı?
Mövzu ilə bağlı Moderator.az-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, bu il ötən illərlə müqayisədə magistr pilləsi üzrə keçirilən imtahan daha çətin olub. “Magistratura imtahanlarının nəticələrindən sonra ixtisas seçimi vaxtı sosial şəbəkədə və müxtəlif internet resurslarında ali məktəblərin magistr pilləsinə qəbul olacaqların sayı ilə bağlı müxtəlif insanlar proqnozlar verib. Onlar hesab edirdilər ki, 100 % plan yeri dolacaq, amma bu, özünü doğrultmadı. Belə ki, ali təhsil müəssisələrinin magistr pilləsi üçün ayrılmış 15 922-i plan yerindən 15%-i boş qalıb. Bu, onu göstərir ki, bu il magistratura pilləsində keçirilən imtahanlar çox çətin olub. Xüsusilə, bu il imtahan nəticələrinə xarici dil fənnindən essenin tələb olunması mane olub. Yəni, biz proqramlar üzrə ayrı-ayrılıqda təhlil apararkən görürük ki, müəyyən dəyişikliklər var. Misal üçün, magistratura pilləsinə 1-ci proqram üzrə çox az sayda bakalavr qəbul ola bilib, burada söhbət gedir geologiya, geofizika və s. -dən. Çox ciddi şəkildə plan yerlərində olan boşluğu müşahidə etdik”, – ekspert qeyd edib.
O bildirib ki, bundan başqa magistratura pilləsinə ayrı-ayrılıqda yenə də 6-cı proqram üzrə vəziyyət ürəkaçan deyil. Belə ki, ümümilikdə orda 50%-ə qədər yer boş qalıb. Söhbət gedir 6-cı proqram üzrə ADNSU, Texniki, Memarlıq və İnşaat, İqtisad universitetlərində texnoloji ixtisaslarda plan yerləri ciddi şəkildə boş qalıb: “Bunun səbəbi məhz qeyd etdiyimiz kimi, bakalavrların həmin ixtisaslar üzrə imtahanda zəif nəticə toplamaqları ilə bilavasitə bağlıdır və yaxud da biz digər rəqəmlərdə görürük ki, məsələn, 12-ci proqramdan söhbət gedir hidrometrologiya ixtisasından, burada çox az plan yeri var idi, amma gənclər getməyiblər. Baxmayaraq ki, ali məktlərdə kifayət qədər plan yeri var idi. Hesab edirəm ki, builki qəbul imtahanlarının birmənalı şəkildə çətin olduğunu görə bilirik. Və yaxud da digər qəbul proqramlarını magistr pilləsi üzrə təhlil edərkən görürük ki, 36-cı proqram üzrə ali məktəblərə qəbul imtahanlarından məzun olanlar, çox təəssüf ki, imtahan nəticələri aşağı olub və zəif nəticə toplayıblar. Bunun bilavasitə səbəbi ali məktəblərdə keçirilən magistr imtahanlarının çətin olmağı ilə bağlıdır. Bəzi ixtisaslar var ki, məsələn baytarlıqda məzun olanlar, çox təəssüf ki, magistr ixtisasında uğurlu nəticə toplamayıblar”.
Kamran Əsədov onu da qeyd edib ki, bəzi dövlət universitetləri istisna olmaqla, bir çox ali məktəblərdə plan yerləri öncədən praqnozlaşdırıldığı kimi tam dolmayıb: “Digər diqqəti cəlb edən nəticələr Qızlar universitetinin 100% plan yerini doldurmasıdır ki, bu, bir çox dövlət universitetlərindən daha yaxşı nəticədir. Yəni ümimilikdə ali təhsil müəssisələrindən magistr pilləsi üzrə ən yaxşı nəticələrindən biri Azərbaycan Dövlət Pedoqoji Universitetindədir. Universitet magistratura pilləsinə qəbul apardığı bütün proqramlar üzrə 100% plan yeri doldurub. Amma digər dövlət universitetlərində bu nəticəni, çox təəssüf olsun ki, görə bilmirik. Bu il magistr pilləsində keçirilən hər iki cəhd imtahanda xarici dil fənnindən suallar çətin idi, məntiq sualları riyazi idi, yəni burada məntiqi riyazi məntiqlə əvəz etmək daha doğru olardı, amma nəzərə almaq lazımdır ki, ümumiyyətlə magistr pilləsində bu tipli imrtahanlar keçirilməz, düzgün deyil. Çünki magistrda riyazi məntiq, burada humanitar, təbiət yəni texniki olmayan fənlərdən məzun olanlar var ki, onlar bu suallara haqlı olaraq cavab verməkdə əziyyət çəkiblər, yekunda müsabiqə vəziyyətini ödəməyiblər və 2400 plan yeri boş qalıb. Bu da ciddi şəkildə ali məktəblərdə problem yaradacaq, birmənalı şəkildə ali məktəblərdə bu qədər boş plan yerinin qalması universitetlərin fəaliyyətinə də öz mənfi təsirini göstərəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=202446

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930