Sentyabrdan məktəblərdə şənbə günü də dərs olacaq?

09.07.2024 - 12:00

Sentyabr ayından etibarən dərslərin altı günlük olması məsələsi gündəmdə deyil, şənbə gününün dərs günü kimi keçirilməsi nəzərdə tutulmur. Yenisabah.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Pravda.az-ın suallarını cavablandırarkən deyib.

İ.Orucov bildirib ki, məktəblərdə dərslərin beş və ya altı gün olması məktəbin Pedaqoji Şurasının qərarı ilə tənzimlənir: “Bu məsələ Elm və Təhsil Nazirliyi tərəfindən tənzimlənmir. Elə məktəblər var ki, orada şagird sıxlığı çox olduğu üçün ikinövbəli tədris həyata keçirirlər, dərslər şənbə gününə də salınır. Valideynlər istəyirlərsə, məktəb qarşısında bu qərarla çıxış edə bilərlər. Belə olan halda, dərslərin beş və ya altı günlük olması məsələsinə baxıla bilər. Valideynlərin qərarı mütləq şəkildə nəzərə alınmalıdır. Çünki təhsilin subyektlərindən biri də valideynlərdir. Ekspertlərin də bununla bağlı rəyləri var. Mən də bu fikirdəyəm ki, dərslər altı gün olsa, dərs yükü şagirdləri yükləməz. Beşgünlük tədris həftəsində isə şagirdlər bəzən 7 saat məktəbdə olurlar. 7 saatlıq dərs, təbii ki, keyfiyyətə təsir göstərir. Düşünürəm, müsbət mənada təsir göstərmir. Məsələyə sırf peşəkar münasibətdən söhbət gedir. Ola bilsin, əksər valideynlərə şənbə günü dərs olmaması münasibdir. Düşünürlər ki, həftə sonudur, evdəyəm, övladım da yanımdadır. Nəzərə alaq ki, altı günlük dərs həftəsinə keçid olsa, gündəlik dərs saatlarının yüklənməsi də olmaz”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=202623

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031