Çempion hansı komanda olacaq? – Azərbaycan siyasətçiləri İspaniyanı seçdi

09.07.2024 - 12:18

Avro-2024 həyəcanı məntiqi sonluğuna yaxınlaşır. Artıq bu gün yarımfinalda Fransa və İspaniya, sabah isə İngiltərə və Niderland milliləri üz-üzə gələcək.

Maraqlıdır, azərbaycanlı siyasətçilərin Avro-2024-lə bağlı proqnozları nədir? Onlar çempion kimi hansı komandanı görürlər?

Konkret.az mövzu ilə bağlı partiya sədrlərinin fikirlərini öyrənib.

Sözlərinə Türkiyə millisinin Niderlanda məğlubiyyəti ilə başlayan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Avro2024-lə bağlı proqnozunu da səsləndirib:

Sabir Rüstəmxanlı: “Süni adadan...”

“Bu qədər güclü futbolçuları olan Türkiyə taktiki səhvlər üzündən özlərindən zəif olan Niderlanda uduzdular. Bu məsələdə baş məşqçinin qəbahəti böyükdür. Almaniyanın da oyunu xoşuma gəlirdi. Amma məncə onlar da taktiki səhvlər üzündən uduzdu. Düşünürəm ki, çempion İspaniya millisi olacaq”.

Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa da İspaniya millisini favorit gördüyünü deyib:

Fazil Mustafa məhkəməyə müraciət ünvanladı - Unikal.az

“Çempion olmağa yaxın komanda kimi İspaniya milisini görürəm. Həm də öz evlərində Almaniyanı sıradan çıxardıqlarına görə İspaniya millisində psixoloji üstünlük var. Düşünürəm ki, İspaniyanın çempion olmaq şansı daha böyükdür”

Ağ Partiyanın başqanı Tural Abbaslı Türkiyə millisinin çempionatı tərk etməsindən sonra Avro2024-ə marağın azaldığını deyib:

Tural Abbasli yeniden heyat yoldasi ile gundeme geldi -

“Çox istərdik ki, Avro-2024-ün qalibi Türkiyə olsun. Açığı Türkiyə buna çox yaxın idi. Çox təəssüf ki, alınmadı. Bununla da çempionata maraq yarıbayarı azaldı. Qalan 4 komanda içərisində ən yaxşı formada olan İspaniyadır. Yəqin ki, İspaniya Fransaya, ingilislərsə hollandlara qalib gələcək. Biz finalda İspaniya-İngiltərə qarşılasmasını görəcəyik. Finalda isə çox böyük ehtimal ki, İspaniya qalib gələcək. İspanlar qələbəyə layiqdir”.

REAL Partiyasının sədr müavini Natiq Cəfərli hər zaman İspaniya tərəfdarı olduğunu bildirib:

Natiq Cəfərli Ədalət Vəliyevlə görüşün səbəbini açıqladı - GlobalInfo.az

“Mən hər zaman İspaniyaya azarkeşlik etmişəm. Ümid edirəm ki, İspaniya bu dəfə də çempion olmağı bacaracaq”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də fərqli komanda adı çəkməyib:

Pənah Hüseyn Elçibəyin DTK-ya verdiyi ifadəsini yaydı Pravda.az

“Hər zaman Azərbaycan və Türkiyə millilərinə azarkeşlik etmişəm. Bu mərhələdə Türkiyə ola bilərdi, amma müəyyən səhvlər üzündən bu, baş vermədi. Məncə ən güclü İspaniyadır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=202635

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031