Bakıda ən bahalı evlər bu qəsəbədə satılır – Milyonçular ora yığışıb

09.07.2024 - 16:50

Hər il yay mövsümü ilə əlaqədar həm Bakıda, həm də bölgələrdə bağ evlərinin qiymətində artım müşahidə olunur. Bunu da alıcıların çox olması ilə əlaqələndirirdilər. Bəs bu il vəziyyət necədir? Əmlak bazarında qiymətlər yüksəkdirmi?
Bölgələrdə 650 min, yarım milyon manata təklif edilən bağ evlərinin qiyməti bazara uyğundurmu? Mövzu ilə bağlı Yenisabah.az-a danışan tikinti və əmlak məsələləri üzrə ekspert Elnur Azadov qiymətlərin kifayət qədər yüksək olduğunu bildirib və bunun səbəblərini açıqlayıb: “İlbəil daşınmaz əmlakın bahalaşması ona gətirib çıxarır ki, bir çox işbazlar, investorlar daşınmaz əmlaka daha çox yatırım edirlər. Onlar düşünürlər ki, aldıqları daşınmaz əmlakın qiyməti daha da yüksələcək. Kiminsə torpağı varsa, çalışır ki, orda əmlak tiksin və bunun müqabilində yeni tikilən əmlak əvvəlki illərdəkindən daha baha başa gəlir və həmin şəxslər əmlakı bazar dəyərindən daha yüksək qiymətə satışa çıxarırlar. Bu da daşınmaz əmlakın bahalaşmasına qismən təsir edir. Əslində qiymətlər bazarda tələb-təklif və coğrafi yerləşməsi sayəsində formalaşır. Bakı şəhərinin ən çox inşa edilən ərazisi Mərdəkandır. Mərdəkanda son illər demək olar ki, torpaq tapmaq mümkün deyil, işbazlar böyük həyətləri alıb orada xırda evlər tikirlər, daha sonra həmin evləri sənədləşdirib satırlar. Mərdəkana tələbat çox olduğundan orada bağ evləri yüksək qiymətədir. Mərdəkanla bərabər, Badamdar, Bigəh, Novxanı ərazisində də evlər baha qiymətə satılır. Bu ərazilər prestij zona sayılır”.
Ekspert bölgələrdə satışa çıxarılan milyonluq bağ evlərinin alıcısının elə də çox olmadığını qeyd edib: “Turizmin inkişaf etdiyi bölgələrimizdə də qiymətlər kifayət qədər yüksəkdir. Bu siyahıda ilk onluqda Qəbələ, İsmayıllı, Şamaxı, Lənkəran, Şəki kimi rayonlar var. Bölgələrdə də vəziyyət Bakıdakı kimidir. Bu bölgələrdə işbazlar torpaq alaraq ev tikir, investisiya yatırırlar, zamanla da qiymətləri artır və satırlar. Belə olan halda bu bölgələrdə yarım milyon manatlıq villaların satılması normaldır. İlbəil də qiymət artır. Amma təbii ki, bölgələrdə alıcılıq qabiliyyəti çox da yüksək deyil, Bakı üçün yarım milyon manat keçərli qiymətdirsə, bölgələrdə bu qiymətə evlərin satılması halları çox az olur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=202685

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031