Universitetlər yüksək bal toplayan abituriyentləri aldadır?

10.07.2024 - 11:50

“Hələ nəticələr elan olunmamış yüksək bal toplayan abituriyentlər haqqında “Bizim tələbələrimiz olacaqlar, bizi seçəcəklər” demək çox primitiv üsuldur”. Bu sözləri Yenisabah.az-a təhsil eksperti Məzahir Məmmədli deyib. Universitetlərin yüksək bal toplamış abituriyentlərlə özlərini reklam etməsindən danışan ekspert bunun gərəksiz olduğunu bildirib: “Bunun yerinə universitetlər böyük işlərini ortaya qoymalı, öz nəticələrini elan etməli, öz yüksək laboratoriyalarını, təhsilini inkişaf etdirməli, biliyin-bacarığın mənimsənilməsinə nail olmalı, professor və akademiklərin təhsillə məşğul olmasını nümayiş etdirməlidir. Bu zaman abituriyent artıq özü maraqlı olacaq və deyəcək: “Mən gedib bu universiteti seçim, çünki orada yüksək bilik qazanmaq üçün xeyli imkan var”.
“Sən gəl oxu, mən sənə planşet verəcəyəm, burada hər şey sənə pulsuz olacaq” kimi ifadələr sadəcə həvəsləndirici addımlardır. Həmçinin bunun bizim elmimizin inkişafına da heç bir faydası olmayacaq”.
O, bu cür addımların təhsil ocağına yaraşmadığını qeyd edib: “Bu, nəticələri şübhə altına alır ki, artıq filan universitetin filan tələbəsi var. Amma şübhəsiz ki, abituriyent iradəsini, mövqeyini ortaya qoya bilər və istədiyi universiteti seçə bilər. Bu kimi fikirlərin abituriyentlərin dilindən səslənməsi bir qədər başadüşüləndir. Amma onu nəyəsə sövq etmək “Mütləq gəl bizim tələbəmiz ol” demək məncə, universitetinin özünün reputasiyasına yaraşmayan hərəkətdir. Həm də bu, presedent yaradır. İndiki halda DİM sədri bir mövqe qoyur. Məsələn, III qrupda filan balla, filan bal arasında böyük rəqabət olacaq. Başqa bir tərəfdən də orta bal yığan abituriyent də gəlib universitet seçməklə bağlı elan verir. Mən DİM sistemini təqdir etmirəm, qəbul etmirəm ki, bu cür daha yaxşıdır. Amma bütün hallarda bu artıq qanun müstəvisində qüvvəyə minib və bu cür qəbul olunub. Ona görə də yaxşı olar ki, seçim tamamlanandan sonra PR qurulsun. Məsələn, filan baldan filan bala qədər bal toplamış abituriyentlər məhz “X” universitetini seçdi. Belə olan halda, o öz PR-nı qura bilər ki, gələcək üçün də özünə bir baza qursun”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=202720

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031