Baş prokurorun birinci müavinindən sensasiyalı seçki açıqlaması

10.07.2024 - 13:21

Seçkilərlə bağlı prokurorluq orqanların əsas vəzifəsi daxil olmuş müraciətlərə baxılması ilə bağlıdır. Yenisabah.az-ın xəbərinə görə, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Elçin Məmmədov bildirib ki, qanunda seçkilərin keçirilməsi prosesi ilə bağlı müraciətlərə baxılması üçün çox qısa zaman müəyyən edilib: “Səsvermə günü olan müraciətlərə dərhal baxılmalıdır. Eyni zamanda Seçki Məcəlləsinin 11-ci maddəsində də seçkilərin gedişinə müdaxilənin qadağan edilməsi ilə bağlı müddəa öz əksini tapıb. Bunun üçün cinayət məsuliyyəti nəzərdə tutulub. Milli Məclisə seçkilərin keçirilməsi ilə əlaqədar seçki qanunvericiliyinin pozulmasına yol verən şəxslərin qanunauyğun cəzalandırılması ilə bağlı prokurorluq orqanları tərəfindən bütün addımlar atılacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=202743

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930