Şeyxin oturduğu bina təhlükə qarşısında – Uça bilər

10.07.2024 - 13:23

Bu ilin sonunda Bakıda nəzərdə tutulan mühüm tədbirlərlə əlaqədar paytaxtın mərkəzi hissəsində, küçə və meydanlarda geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Tarixi binaların fasadları təmir edilir, küçələrdə yeni yaşıllıqlar salınır.
Yenisabah.az xəbər verir ki, Yasamal rayonu ərazisindəki Mərkəzi Parka yaxın ərazidə – Nabat xanım Aşurbəyova küçəsində də xeyli müddətdir söküntü işlərinə start verilib. Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, burada yeni parkın salınması planlaşdırılır.
Sakinlər bizimlə söhbət zamanı bildiriblər ki, yaxınlıqda ağır texnikaların işləməsi, yük maşınlarının intensiv hərəkəti müəyyən problem yaradıb. Yaxınlıqda yerləşən Təzəpir məscidində, Qafqaz Müsəlmanları İdarəsinin inzibati binasında çatlar əmələ gəlib. Məscidin və inzibati binadan qopan daşlar yaxınlıqdan keçən insanlar üçün təhlükə yaradır.
Xatırladaq ki, 1914-cü ildə inşası başa çatdırılan Təzəpir məscidi yerli əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunur. Ərazidə abadlıq-quruculuq işləri aparan aidiyyatı qurumların bu amili nəzərə alması vacibdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=202745

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031