“Azparkinq”in “15 dəqiqə pulsuz dayanma xidməti” yalan çıxdı

10.07.2024 - 14:47

“Azparkinq” şirkətinin daha bir yalanı üzə çıxıb. Tribunainfo.az xəbər verir ki, əgər əvəllər “Azparkinq”də maşını park etmək üçün SMS pulsuz idisə, artıq bu qayda ləğv edilib.
Jurnalist Vilayət Muxtar bununla bağlı öz sosial şəbəkə hesabında yazır ki, hazırda 1 SMS üçün 0.10 AZN pul çıxılır.
O deyir ki, “Azparkinq” elan edib ki, ilk 15 dəqiqəsi pulsuzdur. “Amma buna baxmayaraq, dayanacağa daxil olanda və tərk edəndə mütləq SMS göndərməlisən. Bu isə o deməkdir ki, artıq ilk 15 dəqiqə də pulsuz deyil, 2 dəqiqə saxlasan belə, giriş və çıxış üçün göndərdiyin hər SMS üçün 0.10 AZN pul çıxılır. Yəni dayanacaqda 1-2 dəqiqə saxlayıb, köşkdən su alsan, 0.20 AZN ödəməlisən”.
Qeyd edək ki, “Azparkinq” haqqında çoxlu sayda şikayətlər var. Lakin həmin şikayətlərə sözügedən qurum qəti əhəmiyyət vermir.

Short URL: http://www.cumhuriyyet.net/?p=202754

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031