Bu xidmət də pullu oldu – VİDEO

12.07.2024 - 11:11

Bakıda parklanma ilə bağlı SMS pullu olub. Xezerxeber.az-ın məlumatına görə, “Azparking”də giriş-çıxışda göndərilən hər SMS-ə görə artıq 10 qəpik ödəniş çıxılması ilə bağlı məlumatlar yayılıb. Bu barədə sosial şəbəkələrdə vətəndaşlar qeyd ediblər. Məlumatı sürücülər də təsdiqləyib. Onların sözlərinə görə, əvvəllər parkinqin ilk 15 dəqiqəsi tamamilə ödənişsiz idi, mesaj göndərildiyi halda belə həmin müddətdə heç bir pul çıxılmırdı. Amma bu dəyişiklikdən sonra SMS bildirişi göndərildiyi an vətəndaşın hesabından 10 qəpik silinir. Eyni proses çıxışda da aparılır və parkinqdən 15 dəqiqədən az istifadə edənlər də ümumilikdə 20 qəpik ödəniş etməlidirlər.

Bəzi sürücülər isə SMS-in ödənişli olduğu üçün mobil tətbiqdən istifadə edir. Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, bu, yalnız iki mobil operator tərəfindən tətbiq edilən komissiya haqqıdır və parklanmaya görə ödəniş deyil.

“Parklanmaya görə ödənişləri SMS-lə yanaşı, “Azparking” mobil tətbiqi üzərindən etmək mümkündür. Ödəniş üsulu vətəndaşlar tərəfindən könüllü seçilir. “Azparking” mobil tətbiqindən istifadəyə görə heç bir komissiya haqqı tutulmur”, – deyə qurumdan qeyd edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=202827

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031