Əlilliyi olan vətəndaşın 17 ildir aldığı sosial yardım dayandırıldı -VİDEO

14.07.2024 - 10:54

Mingəçevirdə əlilliyi olan vətəndaşın 17 ildir ki, aldığı ünvanlı sosial yardımı dayandırılıb. Xezerxeber.az-ın məlumatına görə, Mingəçevirdə yaşayan keçmiş məcburi köçkün İlqar Göyüşovun ünvanlı sosial yardım almasında problem yaranıb. İkinci qrup əlilliyi olan vətəndaş ötən ilin may ayına qədər dövlət tərəfindən təyin edilən 390 manat sosial yardım aldığını, bununla ailəsini normal dolandırdığını bildirib. Bir ildən artıqdır ki, yenidən ünvanlı sosial yardım almaq üçün müraciət etsə də, ona imtina verilib.

İlqar Göyüşov sağlamlıq vəziyyətinə görə hər hansı işdə çalışıb pul qazana bilmədiyini deyir. Ona verilən əlillik müavinəti ilə dolanmağın çətin olduğunu bildirir. Bu səbəbdən sosial yardımın bərpasını vacib hesab edir. Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, Mingəçevir şəhər sakini İlqar Şahlar oğlu Göyüşovun ünvanlı sosial yardımla bağlı 5 aprel 2024-cü il tarixli müraciətinə əsasən ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib. Müraciətə ailə üzvü – Samir Zahid oğlu Əliyevin ailə ilə birlikdə yaşamaması səbəbi ilə imtina verilib. Qeyd edək ki, bundan əvvəlki müraciətlərdə də maddi-məişət müayinəsi zamanı sözügedən ailə üzvü ünvanda olmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=202934

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031