Metro xətlərindəki yeni qatarlarda kondisioner problemi yaşanır: Sərnişinlər narazıdır

14.07.2024 - 12:22

Metrodan istifadə edən sərnişinlər yeni qatarlarda da havalandırma sisteminin və ya kondisionerin işləmədiyindən gileylənirlər. Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, sərnişinlər kondisionerə görə yeni qatarlara üz tutsalar da, son zamanlar qəribə situasiya ilə üzləşdiklərini bildirilər. Vətəndaşlar iddia edirlər ki, yeni qatarlardakı kondisionerlər ya işləmir, ya da sərin havanı çox zəif verir.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, qatarın kondisionerində və ya digər hissələrində problem yarandıqda dərhal xətdən çıxarılaraq təmirə göndərilir. Qeyd edilib ki, hazırda xəttə 61 ədəd qatar var ki, onun da 23-ü yeni nəsildir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Short URL: http://www.cumhuriyyet.net/?p=202942

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031