Bakının sərxoş xanım sürücüləri: onların arasında ANS əməkdaşı da var – Video

30.03.2015 - 17:45

120-dən artıq xanım sürücü içkili halda sükan arxasına əyləşib
rrPaytaxtda ilin əvvəlindən bu günə qədər avtomobili sərxoş vəziyyətdə idarə edən 4032 sürücü yol polisi əməkdaşları tərəfindən saxlanılıb. ANS TV-nin məlumatına görə, qaydaları pozanlar arasında zərif cinsin nümayəndələrinə də rast gəlinib. 120-dən artıq xanım sürücü içkili halda sükan arxasında əyləşdiyi üçün inzibati məsuliyyətə cəlb olunub və barələrində protokol tərtib edilib. Sürücülər arasında sərxoşluq faktının ötən illə müqayisədə daha da artdığı bildirilir.
BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bildirdi ki, bu cür sürücülərə qarşı tədbirlər davam edəcək. Yol hərəkəti haqqında qanuna və “İnzibatı Xətalar Məcəlləsi”nə edilən dəyişikliyə görə, sərxoş halda avtomobili idarə edən sürücülərə yüksək məbləğdə cərimə, sürücülük vəsiqəsinin əlindən alınması və həbs tədbiri görülə bilər.
Təkcə sərxoş sürücülər deyil həmçinin digər qayda pozan sürücülər də cərimələnib və barələrində tədbirlər görülüb. İlin əvvəlindən bu günə qədər 218 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 62 nəfər dünyasını dəyişib, 263 nəfər isə xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə baş verən hadisələrin sayı 5 fakt çox olsa da, ölüm hallarında heç bir dəyişiklik olmayıb.
Qəzaların baş verməsində əsas səbəb sürət həddinin aşılması və piyadaların təyin olunmayan yerlərdən keçmələri olub. Qayda pozan sürücülər barəsində 2300-dən artıq protokol tərtib olunub. Onu da bildirək ki, sərxoş qadın sürücülər arasında məşhurlara da rast gəlinir. Bu sırada ANS əməkdaşı da var. Belə ki, aparıcı Elnarə Təhməzova “Bazar səhəri” verilişinin qonağı olub. Aparıcı özü ilə bağlı maraqlı etiraflar edib. O, hətta içkili halda avtomobil sürdüyünü də deyib: “Bir dəfə maşınla gəlirdim, polis saxladı. Azca içki içmişdim. Polis sənədlərimi istəyəndə, etiraf etdim ki, içkiliyəm. Deyir, axı bu təhlükəlidir? Deyirəm onsuz evim yaxındadır. Polis mənə elə hörmət etdi ki… Amma bir dəfə başqası məni ağladıb. Manikürdən gəlirdim, saxladılar, təhlükəsizlik kəmərini bağlamamşdım. Sənədlərimi verdim ki, cəzam nədirsə yazın. İsrar edir ki, maşını cərimə meydançasına aparacam. Deyirəm, mənim ora gedəcək qədər böyük günahım olmayıb. Əgər hər kəmər bağlamayanı ora aparsanız, meydançada yer qalmaz. Çox gərgin idim, onu təhqir edə, söyə bilmirdim. Əsəbdən ağladım”.

Short URL: http://www.cumhuriyyet.net/?p=20313

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728