Vüqar Muradov onu döydürən qadın müğənninin adını dedi və … + VİDEO
Son günlərdə haqqında ən çox danışılan müğənni Vüqar Muradov “ATV”də yayımlanan “Gündəlik” verilişində qonaq olub. Beləki, Moskvaya dəvət olunan müğənni aldadılaraq başqa yerə aparılıb və orda vəhşicəsinə döyülüb. Müğənni ona 8 nəfərin hücum etdiyini deyib.
Müğənni açıqlamasında bildirib ki, “İl yarım bundan öncə proqramlardan birində mənə mikrofonu verdilər ki, sonuncu mahnını oxuyum, proqram bitsin. Mən də oxudum. Konsertdən sonra bir xanım mənə yaxınlaşıb dedi ki, xeyir ola mənim mikrofonumu əlimdən alırsan? Mübahisə də elə bu söhbətdən yarandı yarandı”
Aparıcı Mətanət Əliverdiyavanın təkidləri ilə Vüqar onu döydürməkdə ittiham etdiyi müğəninin adını açıqlayıb. O bildirib ki, onu İmişli sakinlərini təhqir etməkdə ittiham edilib ki, həmin bu xanım müğənni də İmişli sakindir. Vüqar Muradov açıqlayıb ki, onu döydürən İmişlidən olan müğənni Fidan Süleymanovadır.
Bu ittihamdan dərhal sonra efirə canlı bağlanan Fidan Süleymanova bildirib ki,” Əgər Vüqar sübut etməsə ki, onu döydürən mən olmuşam, mən onu məhkəmələrdə süründürəcəm. Çünki bu ittihamlar mənim karyerama ciddi təhlükədir. Vüqar 2013-cü ildə məni və anamı təhqir etdiyi üçün bizim aramızda problem yaranmışdı. Onu döydürən mən olmamışam. Bu məsələnin sonuna qədər getsin və əsl səbəbkarları tapsın”. Müğənni onu da qeyd edib ki, o heç vaxt Rusiya ərazisində olmayıb.
Cumhuriyyet.az həmin görüntüləri təqdim edir:
Short URL: http://www.cumhuriyyet.net/?p=20344