Rusiyalıların yarısı Stalin repressiyalarına haqq qazandırır – sorğu

31.03.2015 - 19:49

stalin72012-ci ildən etibarən Stalin repressiyaların haqq qazandıran rusiyalıların sayı xeyli artıb. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, belə bir qənaət “Levada-Sentr”in apardığı sorğudan hasil olur.
Belə ki, əgər 3 il öncə Stalin dövrünün qurbanlarını Rusiya əhalisinin 25%-i haqlı sayırdısa, indi bu rəqəm – 45%-dir. Əks mövqedə olanlar isə 60%-dən 41%-ə düşüb.
Qurumun ekspertinin sözlərinə görə, respondentlərin Stalinə münasibəti onların təhsil dərəcələrindən asılı olaraq güclü şəkildə dəyişir: belə ki, orta təhsildən aşağı təhsili olanlar arasında Stalinə rəğbət 43%-dicə, ali təhsillilər arasında bu rəqəm iki dəfə aşağıdır.
“Xalqlar rəhbəri”nə abidə qoyulmasını əsasən kənd yerlərinin sakinləri mümkün hesab edirlər. Hər iki moskvalıdan biri isə bunun əleyhinədir. Bütövlükdə bu ideyaya rusiyalılar 37% pozitiv, 25% neqativ yanaşır, 29% üçünsə əhəmiyyətsiz məsələdir.
Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=20466

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728