“Human Rights Watch”un nümayəndəsi Bakı aeroportunda saxlandı

31.03.2015 - 20:26

88739_res_01“Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatının nümayəndəsi Georgi Qogia martın 31-də saat 17-də Bakı aeroportunda saxlanılıb.

Bu barədə Avropa Şurasının insan hüquqları üzrə keçmiş komissarı Tomas Hammerberq Twitterdəki mikrobloqunda yazıb.

“Turan”ın Azərbaycan XİN-ə sorğusuna cavabda bununla bağlı məlumata malik olmadıqlarını bildiriblər. Sərhəd Xidmətindən şərh almaq da mümkün olmayıb.

Qogianın mobil telefonu vasitəsilə əlaqə saxlamaq da mümkün olmayıb.

Qogianın Bakıya gəlişinin məqsədi açıqlanmır. Həmçinin onun məhz haradan gəldiyi də məlum deyil.

“Gürcüstan vətəndaşı və “Human Rights Watch” təşkilatının əməkdaşı olan Georgi Qogiyanı Azərbaycan ərazisinə buraxmayıblar”.

Bunu virtualaz.org saytına açıqlamasında Gürcüstanın Azərbaycandakı səfirliyinin I katibi Kaxa Abdaladze deyib.

Gürcü diplomatın sözlərinə görə, G.Qogiya hazırda Bakı aeroportundakı neytral zonadadır və tezliklə Azərbaycanı tərk edəcək.

Qeyd edək ki, “Human Rights Watch” müəyyən dairələr tərəfindən rəsmi Bakıya təzyiq məqsədilə istifadə olunan erməniyönlü qurum hesab olunur.

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=20490

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728