Avropa İttifaqında Avropa Oyunları ilə bağlı qeyri-müəyyənlik
İyunun 12-də Bakıda birinci Avropa Oyunlarının rəsmi açılış mərasimində Avropa İttifaqı nümayəndələrinin iştirakı gözlənilir. Bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bugünkü mətbuat konfransında bildirib.
“Turan”-ın “Aİ rəhbərləri oyunların açılış mərasiminə dəvət olunubmu” sualının cavabında Mard deyib ki, dəvət Avropa Komissiyasının rəhbəri Jan Klod Yunkerin adına göndərilib.
Lakin o, Aİ-dən və Avropa dövlətlərinin liderlərindən kimlərin iştirak edəcəyini hələlik bilmir.
Bununla yanaşı oyunların Əməliyyat Komitəsinin məlumatına isnadla bildirib ki, bəzi dövlətlərin rəhbərləri öz iştiraklarını təsdiqləyiblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=20662