Artımdan sonra müəllimlər nə qədər maaş alacaq

02.04.2015 - 01:49

rrBakı Şəhəri üzrə Təhsil İdarəsi yeniliklərə əsasən, müəllimlərin əmək haqlarının artımının necə və hansı formada hesablanacağını, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin 1 dərs saatının dəyərinin necə hesablanacağını və artımın neçə faiz təşkil edəcəyini açıqlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 2015-ci il 16 yanvar tarixli sərəncamının icrası çərçivəsində 2015-ci ilin yanvar-mart ayları üçün əməkhaqqı artımı ilə bağlı vəsait təhsil müəssisələrinin hesabına köçürülüb.

Müəllimlərin vəzifə maaşları pedaqoji stajdan asılı olaraq ali təhsilli müəllim üçün 320 manatdan 410 manatadək, orta ixtisas təhsilli müəllim üçün 290 manatdan 350 manatadək müəyyən edilib.

Sərəncama əsasən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə artırılmaqla, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Müəllimin vəzifə maaşının məbləğini 18 saata bölməklə, 1 saatın dəyəri müəyyən edilir. Hazırda müəllimin 1 dərs saatının dəyəri orta hesabla 34 faiz artıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=20739

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031