Obamanı heyrətləndirən azərbaycanl uşaqlar – VİDEO

02.04.2015 - 03:26

rrMartın sonunda ABŞ-da Ağ Evdə keçirilən şagirdlərin II film festivalında iki azərbaycanlı məktəblilərin ABŞ prezidenti Barak Obamanın diqqətini çəkib. ANS TV-nin məlumatına görə, paytaxtdakı Avropa Azərbaycan məktəbinin 3-cü sinifdə oxuyan Tural festivala göndərdiyi filmi 2-ci sinifdə təhsil alan bacısı Fidanlar birlikdə hazırlayıb. Amerika məktəblilərinin 2-ci film festivalı Ağ Evdə baş tutub və qaliblər şəxsən Birləşmiş Ştatlar prezidenti Barak Obama tərəfindən mükafatlandırılıb. Amerikanın müxtəlif ştatları ilə yanaşı dünyanın bir çox yerindəki məktəblilərin də qoşulduğu festifalda bacı-qardaşda kiçik filmlərilə iştirak edib.

“Bir müddət əvvəl Ağ Evdə keçirilməsi planlaşdırılan II film festivalında iştirak edmək məqsədilə ilk olaraq hər bir şagird bir mövzu seçdi. Mən isə mövzu seçərkən belə bir qərara gəldim ki, ABŞ prezidenti Barak Obamanın “Yes we can” – “Bəli biz bacarırıq” çıxışını səhnələşdirim. Qeyd edim ki, həmin çıxışı Barak Obama seçkilərdə qələbə qazandığı zaman kütlə qarşısına çıxaraq nitq söyləmışdi”, – deyə Tural Abdulla bildirdi.

“Mən bu səhnəcikdə “Firs Lady” Amerikanın birinci ledisi rolunun oynamışam. Sözün düzü biz gözləmirdik ki, film ABŞ prezidenti Barak Obamanın xoşuna gələcək”, – deyə Fidan Abdulla bildirdi. Azərbaycan məktəblilərinin bacarığından heyrətlənən Barak Obama onları xüsusi fərmanla təltif edərək, təşəkkür məktubu göndərib. Dərslərinə xüsusi diqqət edən məktəblilər səlist nitq qabilliyyətlərinə malikdilər.

Onlardan gələcəkdə hansı peşəni seçmək arzusunda olduqlarını soruşdum. Fidan müəllim və həkim olmaq istədiyini dedi. Turalın cavabı isə daha maraqlı oldu. “Öncə əsgər olacam ki, Azərbaycanın bütün tarixi torpaqlarını geri qaytaram. Bundan sonra ola bilsin ki, prezident oldum”, – deyə Tural Abdulla bildirdi. İbtidai sinif şagirdləri olan bacı-qardaş növbəti festivallarda da iştirak etmək niyyətindədirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=20764

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031