Kəlbəcər girovları bu ay azad oluna bilər

06.04.2015 - 13:27

girov1“Belə görünür ki, ermənilər girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevə əfv haqda ərizə yazdırmaq niyyətindədirlər. Bizim təkidli tələb və təzyiqlərimiz nəticəsini verir”.Hafta.az-ın məlumatına görə, bu fikri millət vəkili Sahib Alıyev söyləyib. O bildirib ki, bir çox dövlət və qurumlar onların buraxılmasını istəyir:

“Fransa prezidenti bu haqda çağırış etmişdi. Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland da oxşar istəklərdə bulunmuşdular. Açıqlanmasına ehtiyac duymadığımız bir sıra başqa məqamlar da var ki, ermənilərə girovları buraxmaqdan başqa ayrı çıxış yolu qoymur. Onlar da bunu görüb öz əleyhlərinə işləyən vəziyyətdən nə qədər mümkündürsə, bir o qədər faydalanmağa çalışırlar. Birincisi, Dağlıq Qarabağdakı uydurma rejimin başçısına ərizə yazdırmaqla guya onun “prezident”liyini legitimləşdirirlər. İkincisi, girovları uydurma soyqırımı ərəfəsində azadlığa buraxmaqla bu qədər “itki”lərlə üzləşən bir xalqın necə kindən uzaq, sivil və “böyük qəlb”li olduğunu göstərmək və bunu tirajlamaq niyyəti güdürlər. Üçüncüsü, bunu onları şərəfləndirərək uydurma soyqırımın 100 illiyilə bağlı Ermənistana gəlməyi planlaşdıran Rusiya və Fransa prezidentlərinə bir jest kimi təqdim edəcəklər. Axı hər iki ölkə girovların buraxılmasını istəmişdi və üstəlik də həmin girovlardan biri Dilqəm Əsgərov Rusiya vətəndaşıdır”.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq bir ilə yaxındır ki, ermənilər tərəfindən girov götürülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=21309

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728