Azərbaycanlı Zabit 1 milyon dollar üçün döyüşəcək

06.04.2015 - 21:49

rr“K-1”-in ulduzlarından azərbaycanlı Zabit Səmədovu növbəti döyüş gözləyir. Həmyerlimiz bu dəfə aprelin 17-də Dubayda döyüşə çıxacaq. “Global Fighting Championship 4 Man” adlı turnirin yarımfinal döyüşündə Zabitin rəqibi 38 yaşlı Stiv Makkinnon olacaq. İdmançımızın rəqibi 8 yaş gəncdir.

Digər yarımfinalda isə iranlı Cəfər Əhmədi və alman Dano İlinqa görüşəcəklər. Yarımfinalın qalibləri 1 milyon dirhəm (təxminən 272 min Amerika dolları) alacaq. Qeyd edək ki, final döyüşü dekabr ayında baş tutacaq. Bu döyüşün qalibi isə 1 milyon dolların sahibi olacaq.

Məlumat üçün bildirək ki, Makkinon keçirdiyi 52 döyüşün 45-də (40-ı nokaut ilə) qalib gəlib, 7-də isə məğlub olub.

Səmədov rəqibindən gənc olsa da, daha çox təcrübəyə sahibdir. Azərbaycanlı döyüşçünün aktivində 82 döyüş var. Bunların 72-də qələbə qazanıb (35-i nokaut).

Boylarında da fərq var. Zabit Səmədov 183 sm, Stiv Makkinnon isə 188 sm boya malikdir. (publika.az)

tt

 

Short URL: http://www.cumhuriyyet.net/?p=21378

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728