“İyirmi ildir ki, nazirdir, amma Azərbaycan dilində danışa bilmir

07.04.2015 - 15:15
img1784226Martın 8-də Bakının vaxtilə “Motodrom” adlanan ərazisində yaşayan 5 ailəyə “hədiyyə” olunub. Bu massivdə yaşayan sakinlərin evləri heç bir xəbərdarlıq olunmadan bir-iki saatın içərisində yerlə-yeksan edilib.
Bakı Atıcılıq Mərkəzi ilə üzbəüzdə yerləşən tikililərin sahiblərinə qabaqcadan nə bildiriş verilib, nə də onlara yıxılan yuvalarının qarşılığında kompensasiya ödənilib.
Sakinlərin sözlərinə görə, Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi olan Ədalət adlı şəxsin iştirakı ilə onların mülkləri dağıdılıb. Mülk sahiblərinin ev əşyaları, avadanlıqları da dağıntılar içərisində qalıb.
Qeyd edək ki, Avropa Oyunları ilə əlaqədar Bakı Atıcılıq Mərkəzinin bu sahədə inşa olunması yeni bir strateji əhəmiyyətli yeri formalaşdırıb. Rəsmi xəbərdə qeyd olunur ki, martın 9-da prezidenti İlham Əliyev, xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri Bakı Atıcılıq Mərkəzinin açılışında iştirak ediblər. Bu tədbirdən bir gün əvvəl sakinlərin evləri sökülüb.
 O da iddia olunur ki, sökülən evləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini general Əli Nağıyevin yaxınlarının tikdiyi deyilir. Tikinti işlərinə generalın qardaşı Vəli Nağıyevin rəhbərlik etdiyi bildirilir. O, bu işləri Azər Şirinov adlı yaxın adamının əli ilə görüb. Ev alan insanları arxayın salıblar ki, evlər sökülməyəcək. Sökülsə də kompensasiya alacaqlar. Amma quru vəd olduğu görünür.

(musavat.com)




Short URL: http://www.cumhuriyyet.net/?p=21615

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031