Qarabağ ermənilərinin qorxu əsməcəsi xarici mediada

07.04.2015 - 21:43

rrTəmas xəttində snayper atışlarını iriçaplı minomyotlar, avtomatik qumbaraatanlar, hətta toplar əvəz etdiyi bir vaxtda BBC Dünya Xidmətinin əməkdaşı Reyhan Demitrie işğal altındakı Azərbaycan ərazilərində olub, oradakı həyat, “dondurlmuş münaqişə”nin hər an avlovlanmaq riski və müharibə qorxusu altında yaşayan ermənilər haqda yazıb.

Müxbir qeyd edir ki, Ukraynanın şərqində növbəti “dondurulmuşmünaqişə”nin yarandığı bir vaxtda keçmiş Sovet İttifaqının ən üzücü münaqişəsi olan Dağlıq Qarabağ münaqişəsi hər an alovlana bilər.

Virtualaz.org saytının verdiyi xəbərə görə, BBC müxbiri Qarabağda təmas xəttinə yaxın yerləşən Madagis kəndindəki həyatı təsvir edərək yazır ki, kəndin sakinlərindən 14 yaşlı Karenin əli yoxdur. Anası LüdmilaBağdasaryan-Mirzoyan deyir ki, baş verənləri özünə bağışlamır. Karen iki il əvvəl evlərinin bağçasından partlamamış zenit mərmisi tapıb və onunla oynayanda partlayış baş verib.

“Təmas xəttində tez-tez atışmalar baş verir. Tərəflər bir-birlərini daha çox itki verməkdə ittiham edirlər, itkilərin sayı son iki ayda kəskin artıb. Lüdmila deyir ki, onun uşaqları atəş və ya sirena səsi eşidəndə hər dəfə yuxudan oyanıb soruşurlar: “Ana, müharibə yenidən başlayıb?”” – deyə BBC müxbiri yazır.

R.Demitrie Azərbaycanın ərazilərinin bir hissəsinin işğal edildiyini, 600 mindən çox azərbaycanlının məcburi köçkünə çevrildiyini xatırladır: “Bu gün Dağlıq Qarabağda çoxlu sayda xaraba evlər görmək mümkündür. Bir çoxları dağılıb, digərləri salamatdır, bağlar quruyub, qapılarda hələ də qıfıl asılıdır, ancaq darvazalar çürüyür. Sanki bu yerlərdə zaman donub. Lakin münaqişə özü çox canlıdır”.

ATƏT-in Minsk Qrupunun vasitəçiliyi altında aparılan danışıqlarda irəliləyiş çox cüzidir. İrəvanda mənzillənmiş Strateji Araşdırmalar Mərkəzinin direktoru RiçardKirakosyan deyir ki, danışıqlar minimal hədəflərə nail olmağa yönəlib: “Vasitəçilərin əsas məqsədi danışıqlar prosesini saxlamaq və müharibəni əngəlləməkdir. Real diplomatiyadan söhbət getmir, onlar heç danışıqların gündəmini də razılaşdıra bilmirlər”.

Dağlıq Qarabağın sakinləri özlərini “müstəqil DQR-in vətəndaşları” adlandırırlar. Lakin əslində təcrid olunmuş vəziyyətdə yaşayırlar. Onlar Ermənistan pasportu daşıyırlar, maliyyə və hərbi baxımdan İrəvandan asılıdırlar. Və Xocalıdakı “beynəlxalq” aeroport boşdur, çünki Azərbaycan bu aeroportdan qalxan təyyarələri vurmaqla hədələyir.

“Diplomatiyadan məyus olan Azərbaycan rəhbərliyi əraziləri hərbi yolla geri qaytarmaqla hədələyir. Neftlə zəngin ölkə silahlanmaya milyardlarla dollar xərcləyib. Və silahların əksəriyyəti Rusiyadan alınır. Bu isə Ermənistanda olduqca qeyri-populyardır”-müxbir yazır.

Madagis kəndində yaşayan Lüdmila tez-tez hesab edir ki, yeni müharibə olacaq: “Əgər daha bir müharibə olsa, biz əzab çəkəcəyik, mənim uşaqlarım əzab çəkəcək. Azərbaycan qüvvələri baxmayacaq ki, biz günahkarıq ya yox. Onlar hesab edirlər ki, biz erməniyik və yaşamaq haqqımız yoxdur”-erməni qadın qorxu içində bildirir.

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=21664

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728