Məktəb direktoru iddiaları təkzib edir

08.04.2015 - 14:01

SumqayıtSumqayıt şəhərində yerləşən 9 nömrəli tam orta məktəbin direktoru haqda məlumatlar yayılıb. Məktəbin bir qrup müəllimləri tərəfindən yazıldığı iddia olunan məktuba istinadən adıçəkilən məktəbin direktoru Səlimxanov Bəhruz Ramazan oğluna qarşı iddialar səslənib.

Bununla bağlı cumhuriyyet.az-a açıqlama verən məktəb direktoru isə deyilənləri təkzib etdi: “Tamamilə absurd, yalan sözlərdir. Biz müəllimlər ilə həmişə etik qaydalara uyğun danışırıq. Təyin olunduğum gündən müəllimlər ilə həmişə münasibətimiz mədəni şəkildə formalaşıb, şagirdlərlə də həmçinin intizam qaydalarına uyğun olaraq davranmışıq. Biz təmiz əllərlə işləyirik. Monitorinqlər bütün respublika ərazisində aparılır. Kameralar isə müəllimlər otağında yox, dəhlizlərdə və sinif otaqlarında mərhəlili şəkildə yavaş-yavaş quraşdırlır. İndiyə qədər 5 kamera quraşdırmışıq. İstəyirik ki, təhlükəsizliyi qorumaq məqsədilə çox yerdə quraşdıraq. Müəllimlər otağında qoyulması da yaxşı hal ola bilərdi. Jurnalların və başqa əşyaların itməməsi üçün bunu etmək istəyirik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=21679

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031