Bakıdakı “Andranik olayı”nın pərdəarxası: ermənilər içimizə girib…

08.04.2015 - 02:22

rrÖtən gün Bakının Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən “Stara Praqa” adlı kafe-pubun önünə Ermənistanın milli qəhrəmanı Andranik Ozanyanın portretinin aşkarlanması ictimaiyyətdə haqlı təəccüb və narazılığa səbəb olub. AMEA Tarix İnstitutunun əməkdaşı Dilavər Əzimli türk-müsəlman dünyasının qatili Andranik Ozanyanın şəklinin Bakıdadakı kafe-pubun önündə asılmasını ciddi hadisə adlandırıb.

Tarixçi polisin sakit bir tərzdə şəklin oradan çıxarması ilə razılaşmadığını və olayın daha dərindən araşdırılmasını istədiyini bildirib: “Bu işə Milli Təhlükəsiz Nazirliyi qarışmalıdır. O şəkli ora vuranlar məsuliyyətə cəlb olunmalıdır”.

D.Əzimli ehtimal edir ki, şəkli ora asanların arxasında hansısa güclü bir şəxs və ya şəxslər dayana bilər: ”Bir neçə il bundan qabaq bir dostum deyirdi ki, ermənilərlə sosial şəbəkələrdə mübahisə edəndə yazırmışlar ki, “biz sizin içərinizdə yerləşirik”. Bu da nəticəsi… Baxın, kimin şəklini Bakıda asıblar? Şərəfsiz bir dığanı, Bəbək qatilini, banditi, bu millətin cəlladını…”.

Tarixçi olayı Azərbaycan üçün biabrçılıq adlandırıb. Xatırladaq ki, aprelin 7-də Bakının Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən “Stara Praqa” adlı kafe-pubun önündə Ermənistanın milli qəhrəmanı Andranik Ozanyanın portreti şəkli aşkarlanıb. Kafeni işlədən şəxs bildirib ki, hələ iki il əvvəl bu obyekti alarkən həmin fotoşəkil orda olub və onun altında “Pyotr Nikodimoviç Montin” yazılıb.

Sahibkar bildirib ki, portretin həmin şəxsə aid olduğunu düşünüb və yerləşdiyi ərazinin də adına uyğun olduğu üçün onu götürməyib. Hadisə yerinə gələn polis əməkdaşları Andranikin portretini ordan götürüb. Kafeni işlədən sahibkar Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsində ifadə verib. (modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=21732

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728