Bakı metrosunda soyğunçuluq məntiqi: vətəndaş 1 manatlıq haqqı üçün 40 qəpik xərcləməlidi

09.04.2015 - 00:02

rrBakı Metropoliteninin bəzi stansiyalarında post-terminallarda müəyyən problemlər yaşanır. Sərnişinlərin verdiyi məlumata görə, post-terminallar əksər hallarda ya xırda pulu (qəpik), ya da kağız əsginasları qəbul etmir. Nəticədə post terminalların qarşısında uzun növbələr yaranır.

Ötən gün isə əməkdaşımız “Dərnəgül” stansiyasının girişində qoyulmuş ikinci post terminaldakı nasazlığa görə bir saata yaxın ləngiyib. Belə ki, axşam saat 18:50 radələrində metroya düşən əməkdaşımız kartı yükləmək üçün post terminala bir manat kağız əsginas salıb. Əsginası qəbul edən terminal sönüb, nə ödənişi yükləyib, nə də çek verib. Stansiya əməkdaşları isə terminalın “udduğu” pulu qaytarmaqdan və karta yükləməkdən imtina ediblər. Uzun mübahisədən sonra işə stansiya rəisi qarışıb. Metropolitenin server idarəsi ilə əlaqə saxlayan stansiya rəisinə bir manatın terminala qəbul olunduğu təsdiq olunub. Eyni zamanda, ona bildirilib ki, müştəri bir manatını almaq üçün “Cəfər Cabbarlı” stansiyasına getməli və kart analiz şöbəsinə müraciət etməlidir. Orada aparılan araşdırmadan sonra sərnişinin bir manatı özünə qaytarıla bilər. Belə çıxır ki, sərnişin 1 manatını “qaytarmaq” üçün 40 qəpik xərcləyərək (əlavə xərc çəkib “Cəfər Cabbarlı” stansiyasına getmək və qayıtmaq) vaxt itirməlidir…

Post terminalların vəziyyətinə gəlincə, stansiyadan bildirilib ki, artıq bir neçə gündür həmin terminal texniki nasazlığa görə, öz-özünə yanıb-sönür. Bununla belə, terminalın üzərinə onun nasazlığı ilə bağlı heç bir bildiriş vurulmur. Stansiyadan bildiriblər ki, onlar bu barədə texniki idarəyə məlumat veriblər. Hətta məlumat verilməsə də, onlar oturduqları otaqdan terminallardakı vəziyyəti görə bilirlər. Terminalı düzəltmək də, üzərinə nasaz olması barədə bildiriş vurmaq da onların səlahiyyətindədir.

Stansiyadan əməkdaşımıza tezliklə mühəndis çağırılaraq post terminaldakı nasazlığın aradan qaldırılacağını bildiriblər.(publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=21844

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031