Toyu yasa dönənlər: qanlı rəqəmlər – 4 qəza, 2 ölüm (VİDEO)

09.04.2015 - 03:25

toykarvaniCari ildə toy karvanlarında iştirak edən sürücülərin qaydaları pozması nəticəsində 4 nəqliyyat hadisəsi baş verib. Bu qəzalar nəticəsində iki nəfər dünyasını dəyişib. Dünyasını dəyişənlərdən biri yolu keçmək istəyən piyada olub. Bu səbəbdən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi sürücüləri daha da ehtiyatlı olmağa çağırıb. Yol polisi əməkdaşları tərəfindən toy karvanının necə hərəkət etməsilə bağlı paytaxt ərazisində müşahidələr aparılacaq, onların hərəkəti, həmçinin yollarda quraşdırılan nəzarət-müşahidə kameraları vasitəsilə izlənəcək.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov deyir ki, əməkdaşlarımız tərəfindən toy karvanda iştirak edən sürücülər yol-nəqliyyat qaydalarının pozarlarsa, dərhal saxlanılacqlar. Bəy-gəlin cütlüklərini müşayiət edən “toy karvanları”nın hərəkəti zamanı yolun hərəkət zolaqlarının bütünlüklə tutulmaları. Eyni zamanda işıqforun qırmızı işığında dayanmadan hərəkət etmələri. Eləcə də yol ayrıclarının keçmə qaydalarının pozulması, yol boyu fasiləsiz səs siqnallarından istifadə edilməsi bu və digər qayda pozuntuları insanlar üçün problem yaradır. Bu səbəbdən sürücülər yollarda hərəkət edən zaman diqqətli olmalıdılar.

“Toy karvanında avtomobilin sürücüsü dövlət nömrə nişanları olmadan hərəkət etməsi faktı aşkarlanarsa, həmçinin bəy-gəlin cütlükləri hərəkəti üçün bəzədilmiş avtomobilin dövlət nömrə nişanlarının gizlədilməsi, və ya dövlət nömrə nişanın yerinə hər hansı bir sözü yazılarsa təbii ki, bu qanun pozulmasıdır”, – deyə Vaqif Əsədov qeyd edib.

Şöbə rəisi bir daha toy sahibi olan və toya gedən avtomobil sürücülərinə yol-hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələrini tövsiyə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=21889

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728