Mayda Rusiyaya getmək asanlaşır

09.04.2015 - 22:27

azal təyyarəAzərbaycan Hava Yollarına (AZAL) məxsus “Boeing 787 Dreamliner” təyyarəsi Bakı-Moskva aviareysilə ilk uçuşunu həyata keçirib.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, Bakı-Moskva aviareysilə ilk uçuşunu həyata keçirən “Boeinq 787 Dreamliner” təyyarəsi Moskvanın Domodedovo hava limanına endi. Bu tip bir təyyarələrə xidmət edən Rusiyanın yeganə havalimanı sayılan Domodedovoda arzuların layneri üçün qarşılama mərasimi keçirildi.

Daha sonra mətbuat konfransında Azərbaycan Hava Yollarının 2003-cü ildən bəri Domodedova havalimanı ilə əməkdaşlıq etdiyi və bu müddət ərzində Azərbaycan Hava Yolların Bakı-Moskva arasında iki milyon yarıma yaxın sərnişin daşıdığı bildirildi. Bununla kifayətlənməyən AZAL Rusiya istiqamətində aviareyslerin sayını iki qat artırmağı planlayır.

“Hazırda Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Domodedova aeroportuna gündə iki səfər yerinə yetirilir. May ayından başlayaraq Azərbaycan Hava Yolları bu səfərərin sayını 3-ə qaldıracaq. Təbii ki, əgər sərnişin sayına görə tələbat olarsa, Azərbaycan Hava Yolları “Boeinq 787 Dreamliner” təyyarələrini bu istiqamətdə də istismar edəcək”, – deyə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bildirib.

“Boeinq-787 Dreamliner” təyyarəsi 2014-cü ilin dekabr ayında “Azərbaycan Hava Yolları” QSC-nin hava gəmiləri parkına daxil olub.

Ümumilikdə 210 sərnişin daşıya bilən və daha az yanacaq işlədən bu təyyarələrlə Bakı-Nyu-York, Bakı-Pekin və Bakı-İstanbul aviareysləri həyata keçirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=22012

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031