Oqtay Şirəliyevə sürpriz: Özəl klinika Səhiyyə Nazirliyini məhkəməyə verdi

10.04.2015 - 00:55

sehiyye nazirliyiSəhiyyə Nazirliyi tərəfindən fəaliyyəti dayandırılan “Atlas Medical Center” nazirliyi məhkəməyə verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, bir müddət öncə “Atlas Medical Center”-də tibb xidmətlərinin təşkili zamanı tibbi tələblərinin ciddi şəkildə pozulması faktı aşkarlanıb.

Bunun nəticəsində Səhiyyə Nazirliyinin komissiyası tərəfindən özəl klinikanın fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb. Lakin sonradan özəl klinika nazirliyin bu qərarı il bağlı məhkəməyə müraciət edib. Prosedur qaydalarına əsasən, “Atlas Medical Center” məhkəmənin qərarı olana kimi fəaliyyətini davam etdirir. Sonra isə özəl tibb müəssisəsinin fəaliyyətinin davam etdirib-etdirməyəcəyi məhkəmənin qərarından asılı olacaq.

Qeyd edək ki, bir müddət öncə Səhiyyə Nazirliyinə “Atlas Medical Center”-in lisenziyasında nəzərdə tutulmayan – ginekoloji və doğuşa yardım xidmətlərinin göstərilməsi barədə siqnal daxil olub. Yoxlama nəticəsində təsdiq olunub ki, həmin tibb mərkəzində lisenziyada nəzərdə tutulmauan qanunsuz ginekoloji və doğuşayardım xidmətləri göstərilir. Bundan əlavə, yoxlama nəticəsində başqa qüsurlar da aşkarlanıb. Nəticədə Səhiyyə Nazirliyinin komissiyası tərəfindən özəl klinikanın fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=22047

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728