Moskvada böyük “Oğru sxodkası”

10.04.2015 - 01:42

oqruKriminal aləmin nümayəndələri “Qanuni oğru” Zaxari Kalaşovun başçılığı altında yeni böyük “sxodka”-ya hazırlanmağa başlayıb. ANS PRESS-in məlumatına görə, butün proseslər Şakro ləqəbli “qanuni oğru” Zaxari Kalaşovun başçılığı altında aparılır.

Toplantıda kriminal aləmin “oğru” titulundan məhrum edilməsi nəzərdə tutulan konkret şəxslər haqda müzakirələr planlaşdırılır. Hüquq-mühafizə orqanlarında olan mənbə “kriminal generallar”ın böyük “sxodka”sının ən yaxın aylarda keçiriləcəyini bildirib. “Sxodka” yazın sonunda Moskva ətrafında keçirilməsi planlaşdırılır. Görüşdə 300-ə yaxın “qanuni oğru”nun iştirak edəcəyi gözlənilir.

Toplantıda bəzi “qanuni oğru”lar “kriminal generallar” tərəfindən rütbələrindən məhrum olunacaq. Yığıncaqda Tariyel Onianinin (Taro) keçmiş və hazırkı tərəfdarları arasında nəzərdə tutulan “müharibə” haqqında müzakirələr aparılacaq.

Qeyd edək ki, Zaxari Kalaşov Rusiya mafiyasının Ded Xasanın ölümündən sonra boş qalmış “boslarbosu” vəzifəsini tutmağa 1 nömrəli namizəddir.

Short URL: http://www.cumhuriyyet.net/?p=22066

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728