İslam adına döyüşənlərin iç üzü: “Məqsədim şəhid olub 72 bakirə huriyə qovuşmaq idi”

10.04.2015 - 11:59

rrAlmaniya vətəndaşı olan türk əsilli gəncə Suriyadakı terror təşkilatlarına qoşulması ittihamı ilə cinayət işi açılıb. 21 yaşlı türk əsilli Alman vətəndaşı Üfüq C. 2014-cü ildə Suriyada “Əl Nusra”ya qoşularaq hərbi təlim keçib. Müharibənin həqəqi üzüylə qarşılaşan gənc ilk fürsətdə Almaniyaya qayıdıb. Lakin o, həbs edilib və barəsində cinayət işi açılıb.

“Bild” qəzetinin xəbərinə görə, Üfüq C. ifadəsində “İslam dini haqqında çox məlumatım yoxdur. Suriyaya oradakı müsəlmanlara kömək etmək üçün getdim. Məqsədim şəhid olmaq və 72 bakirə huriyə qovuşmaq idi” deyib.

O, Suriyada 20 gün təlim keçdiyini və ona “Kalaşnikov” silahı verildiyini bildirib. O, 200 metrdən atışlarda uğursuz olduğunu, altı atdan ancaq birini vurduğunu deyib.

Üfüq “Suriyadakı hadisələri gördükdən sonra vəziyyətin ciddiliyini dərk etdim. Almaniyaya qayıtmaq qərarı verdim” deyib.(teleqraf.com)

Cinayət işi ilə bağlı məhkəmə davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=22136

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728