Roma Papası erməni erməni oyununda “topdaşıyan” oldu

12.04.2015 - 22:41

rrKatoliklərin ruhani lideri Papa Fransisk 1915-ci il hadisələri ilə bağlı Vatikanda ayın təşkil edib. Bununla bağlı publika.az xarici mediaya istinadən xəbər verir ki, Papa Fransisk ayində XX əsrin ilk “soyqırımı”nın ermənilərə qarşı həyata keçirildiyini söyləyib.

Tədbirə Ermənistan prezidenti Serj Sarkisyan, dünya ermənilərinin ruhani lideri və erməni apostolik kilsəsinin katolikosu II Karegin və Kilikiya katolikosu I Aram qatılıb. Qeyd edək ki, 1915-ci il hadisələrinə “soyqırım” deyən ilk papa Fransisk deyil. 2001-ci ildə II İohan Pavel və II Karegin tərəfindən imzalanan bəyannamədə “İyirminci əsrin ilk soyqırımı” ifadəsi işlədilib. Papa Fransisk bugünkü çıxışında həmin bəyannaməyə istinad edib.

Fransiskdən əvvəl Papalıq kreslosunda oturan və ilk dövrlərdə istər Türkiyə, istərsə də islam dünyası ilə əlaqələri çox da yaxşı olmayan Papa Benedikt “soyqırım” ifadəsini işlətməmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=22227

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728