SOCAR 350 milyon avroluq müqavilə bağladı

15.04.2015 - 12:38

90549_res_01Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Maire Tecnimont” şirkəti ilə 350 milyon avroluq müqavilə bağlayıb.

“Trend”-in məlumatına görə, bu razılaşma “Socar Polymer” layihəsi çərçivəsində polipropilen istehsalı ilə bağlı əməkdaşlığı (EPC-müqavilə) ehtiva edir.

Müqavilə çərçivəsində texniki xidmətlərin göstərilməsi, material-texniki təchizat, montaj işləri və layihənin istismarına qədər inşaat fəaliyyəti, eləcə də sınaq istismarı nəzərdə tutulur.

“Socar Polymer” layihəsi Sumqayıt kimya sənayesi parkında gerçəkləşdiriləcək. Bu layihənin reallaşdırılması ildə 180 ton polipropilen və 120 ton polietilen istehsal etməyə imkan verəcək.

İstehsala 2016-cı ildə başlamaq nəzərdə tutulur. Məhsulların böyük hissəsini Türkiyəyə və Qərbi Avropa ölkələrinə ixrac etmək planlaşdırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=22604

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728