Deputat Madər Musayevin qohumunun adı “siyasi razborka”larda, “atışma”larda…

16.04.2015 - 01:56

madermBələdiyyə qurumları cəmiyyətimiz üçün yenidir. Yəni keçmiş “kənd sovet”lərini əvəz edən özünüidarəetmə qurumuna əvvəllər cəmiyyətimiz böyük ümidlə baxırdı. Vətəndaşlarımız düşünürdü ki, tezliklə yerli idarəetmə formalaşacaq və insanlar hər xırda məsələyə görə “mərkəzə” qaçmaqdan qurtulacaqlar. Amma tam əksinə oldu. Xırda bir bələdiyyə ərazisində savadlı, təhsilli, təcrübəli insanlara üstünlük vermək-seçmək əvəzinə əvvəllər hardasa satıcı şagirdi, kiçik satıcı, orta satıcı, böyük satıcı, qəssab, sonralar kənddə kafe müdirinin köməkçisi, kafe müdirinin müavini, “koptorq işçisi” işləyənləri bələdiyyələrə təyin elədilər. Belələrindən biri də Milli Məclisin üzvü Hacı Madər Musayevin yaxın qohumu Elman Salmanovdur. Hacı Elman deputat qohumunun köməkliyi ilə uzun illər kənd Binəqədi bələdiyyəsinin sədri olub. Bu şəxsin adı təkcə digər bələdiyyə üzvləri kimi torpaq alverində deyil, həm də “siyasi razborka”larda, “atışma”larda hallanır. Buna şübhəsi olanlar 2009-cu ildən bu günədək ölkə mətbuatında onunla bağlı gedən yazılara göz atsalar yetər. Qısaca Hacı Elmanla bağlı bir neçə fraqmentə göz ataq.

Binəqədinin bələdiyyə başqanlığı uğrunda mübarizə aparan tərəflərin arasında “Vulkan” restoranında baş verən silahlı qarşıdurmada bələdiyyə sədri Elman Salmanov da iştirak edib. Sonra Elman Salmanovun adı Hacı Madərin ”Qardaşlar” restoranındakı “razborka”da keçir. Dəfələrlə mətbuatda Hacı Elmanın prokurorluğa, digər hüquq-mühafizə orqanlarına çağırılaraq “tənbeh” olunmasından bəhs edilir. Hətta torpaq alveri ilə bağlı cinayətdən yaxa qurtarmaq üçün Binəqədi bələdiyyəsinin sabiq rəhbərinin “ 9-B ” sənədi alması da qeyd olunur. Ölkə mətbuatı yazır ki, Bakının rayonlarında ən çox qanunsuz torpaq satışı məhz Binəqədi bələdiyyəsinin ərazisində baş verib. ARDNŞ-nin balansında olan minlərlə hektar torpaq sahəsi E.Salmanovun imzası və Binəqədi bələdiyyəsinin möhürü ilə vətəndaşlara satılıb. Həmin torpaqları alan vətəndaşların bir çoxunun tikdirdiyi evlər sonradan ARDNŞ rəhbərliyinin göstərişi ilə ya sökülüb, ya da ki, onların ev tikməsinə imkan verilmir. Mətbuatın yazdığına görə, vətəndaşlar həmin torpaqlar üçün onlara verilən və faktiki qanunsuz sayılan sənədləri E.Salmanovun adamlarına qaytararaq pullarını istəyirlər: “Belə ”vozvrat” torpaqlara görə Elman Salmanov və onun adamlarının camaata 3 milyon manatdan çox borcu var. Vəziyyətin getdikcə gərginləşdiyini görən E.Salmanov çıxış yolunu özünə dəlilik kağızı almaqda görüb. Bunun üçün o, Maştağadakı Ruhi-Əsəb Dispanserlərindən birinin rəhbərliyinə və bu sahənin müvafiq qurumlarına 50 min manatdan çox pul ödəyərək dəlilik kağızı alıb. Sənədi belə əsaslandırıblar ki, guya son bələdiyyə seçkilərində keçirdiyi psixoloji gərginlikdən əsəb sarsıntısı alıb. ARDNŞ prezidenti Rövnəq Abdullayev isə açıqlamalarının birində bildirib ki, “Binəqədi Oil”in balansında olan ərazilərin 67 faizi qanunsuz olaraq satılıb. Həmin ərazilər məhz E.Salmanovun imzası ilə onun adamları tərəfindən satılıb. Söhbət yüzlərlə hektar torpağın qanunsuz olaraq satılaraq milyonlarla manatın mənimsənilməsindən gedir. Daxil olan məlumata görə, Elman Salmanov xeyli sayda idman meydançasını, futbol stadionlarını özəlləşdirərək ayrı-ayrı şəxslərə satır və ölkə başçısının idman siyasətinə zərbə vurur. Bu barədə araşdırmamız davam edir. Bizi izləyin… ( qafqaznews.az )

Short URL: http://www.cumhuriyyet.net/?p=22699

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728