Bizə at əti satan şəxs danışdı – “Gözəl əti var”

16.04.2015 - 23:04

rrKürdəmirdə qanunsuz at əti kəsimi ilə məşğul olan şəxs saxlanılıb.APA TV xəbər verir ki, Kürdəmir rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən aparılan reyd zamanı rayonun Xınıslı kəndində həmin kənd sakini Anar Bağırovun qanunsuz şəkildə öz həyətində iki at kəsərək insanlara mal əti adı altında satması faktı aşkarlanıb.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, “qəssab” öz həyətində atların kəsilib soyulması üçün xüsusi qurğular qurub. Baxış zamanı həmin iki at soyulub ağacdan asılmış vəziyyətdə aşkarlanıb. “Qəssab” əvvəllər bu işlə məşğul olmadığını bildirsə də, həmin atları rayonun digər kəndlərindən aldığını və kəsərək Bakı şəhərində sakinlərə mal əti adı ilə satmaq istədiyini etiraf edib: “Qaraciyər serrozuyam, bu məqsədlə eləmişəm. Birinci dəfə idi kəsirdim. Bunu elədim ki, dərmanımı alım. Qanunsuz olduğunu bilmirdim. Amma gözəl də əti var. Peşmanam. Bir də eləmərəm”.
Ətlər Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən müsadirə olunaraq Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Kürdəmir Rayon Baytarlıq idarəsinin rəisi Mehman Nəsirov bu cür reydlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib:”Baxış keçirilən zaman müəyyən edilib ki, Anar iki baş atı kəsərək satış üçün hazırlayıb. Belə halların qarşısını almaq üçün bütün vətəndaşlara müraciət edirəm ki, baytar həkimlərə hüquq mühafizə orqanlarına müraciət etsinlər. Çünki belə hallar vətəndaşların məlumatları əsasında müəyyən edilir”.Anar Bağırovun əvvəllər də bu işlə məşğul olub-olmadığını dəqiqləşdirmək üçün araşdırmalar aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=22750

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728