Ramil Səfərovdan Azərbaycan məktəblilərinə tapşırıq….

17.04.2015 - 02:13

rrDünən Suraxanı rayonu, Hövsan qəsəbəsindəki Vaqif Mirzəliyev adına 281 saylı orta məktəbdə Millət Vəkili, yazıçı Aqil Abbasın “Dolu” romanının və eyniadlı filminin müzakirəsi keçirilib. Məktəbin direktoru Gülşən Əliyeva şagirdlərlə görüşə gəlmiş qonaqları salamlayıb. O, bildirib ki, bu müzakirə təhsil naziri Mikayıl Cabbarovun sərəncamına uyğun olaraq orta məktəblərdə mütaliə ilə bağlı keçirilən tədbirlər çərçivəsində baş tutub.

Tədbirin aparıcısı, tanınmış Qarabağ döyüşçüsü, məktəbin müəllimi Vaqif Əlisoy Azərbaycan torpaqlarının müdafiəsi zamanı xalqımızın başına gələnlərdən, əsgərlərimizin qəhrəmanlıqlarından və şücaətindən danışıb. Əvvəlcə məktəblilərin gənclərin mütaliə etməsi və vətənpərvərlik mövzusunda hazırladığı bədii proqram təqdim olunub.

Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayram Azərbaycanın xalq şairi Məmməd Arazın və Ramiz Qusarçaylının şeirlərini səsləndirdi. Millət Vəkili Aqil Abbas şagirdlərə təhsilə, elmə diqqət göstərmələrini, ciddi mütaliə etmələrini tövsiyə etdi və ona ünvanlanan sualları cavablandırdı.

Tədbirdə çıxın edən Azərbaycan ordusunun zabiti mayor Ramil Səfərov da şagirdlərə təhsilə ciddi diqqət yetirməyi tövsiyə edib. Hərbi vətənpərvərlik mahnılarının ifaçısı, hərbi diktor Şəmistan Əlizamanlı “And içirik marşı ilə zalı coşdurdu. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Qarabağ qaziləri Firudin Məmmədov, Fəxrəddin Səfərov, Rüstəm Əliyev, Rey Kərimoğlu da şagirdlər qarşısında çıxış ediblə

Short URL: http://www.cumhuriyyet.net/?p=22802

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031