“Məmur və biznesmen balalarının saçları qırxılıb, əllərinə süpürgə verilib” – Şok iddia

20.04.2015 - 11:38

icrabakıÖlkə prezidenti cənab İlham Əliyevin keçirdiyi müşavirələrdə üzünü məmur korpusuna tutaraq, onların özlərini və övladlarını harın, qudurğan həyat tərzi sürməkdən çəkinmək çağırışıları artıq öz bəhrəsini verməkdədir. Bu çağırışdan irəli gələn vəzifələrin yerinə yetirilməsi uzun illərdr paytaxt sakinlərinin canını boğaza yığmış avtoxuliqanlara və sərxoş sürücülərə qarşı mübarizənin təşkilində də artıq lazımi effekt göstərməyə başlayıb.

Cumhuriyyet.az strateq.az-a istinadən xəbər verir ki, təkcə son üç ay ərzində Bakı Şəhər Dövlət Yol Polisi (BŞDYP) xəttiylə 3048 nəfər sərxoş sürücü, eləcə də 195 nəfər avtoxuliqan saxlanılaraq, barələrində ölçü götürülüb. İşin ən maraqlı tərəfi odur ki, ilkin araşdırmalarda qanunvericiliyin tələblərini kobud şəkildə pozan sürücülərin əksəriyyətinin məmur və biznesmen övladaları və ya onların yaxın qohum-əqrabasının olduğu üzə çıxıb.

Mənbənin bildirdiyinə görə, BDYP xəttiylə xüsusən gecələr keçirilən reydlər zamanı sürücülərin təkcə spirltli içkilər deyil, eyni zamanda bəzilərinin müxtəlif dozalarda narkotik və psixotrop maddələrdən də istifadə etməklə sükan arxasına əyləşdikləri və Bakı küçələrini “avtoş meydançası”na çevirdikləri aşkarlanıb.

Mənbənin dediyinə görə, barələrində müxtəlif tədbirlər görülən bu məmur və biznesmen balalarını azğınlıqdan çəkindirmək üçün son aylarda polis maraqlı bir cəza növü də tətbiq etməyə başlayıb: 20-30 sutkalığına müvəqqəti saxlama təcridxanalarına aparılan bu “gül balalar”ın, daxili təlimata uyğun olaraq, saçları dibdən qırxılır və əllərinə də süpürgə verilərək, döşəmə və dəhlizləri təmizlətdirirlər…

Short URL: http://www.cumhuriyyet.net/?p=22946

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031