SOS! Azərbaycanda cüzam, 46 yoluxma var

20.04.2015 - 12:46

xəstəAzərbaycanda 46 nəfər qorxunc xəstəliyə yoluxub. Bu barədə azvision.az-a Respublika Cüzam Xəstəxanasının baş həkimi Vidadi Əliyev məlumat verib. Baş həkimin sözlərinə görə, xəstəlik Azərbaycan qonşu dövlətlərdən keçir. Yəni cüzam cənub zonasında, Türkiyə və Ermənistanla sərhəd olan rayonlarımızda daha geniş yayılıb. V.Əliyev onu da bildirib ki, cüzama Azərbaycanın cüzam xəstəliyinin yayılma tempi çox azdır.

Xəstəlik daşıyıcılarının sayına gəlincə, V. Əliyev bildirib ki, 2000-ci ildə cüzamlı xəstələrin sayı 120 nəfər olub ki, onlardan 47-si stasionar müalicəyə cəlb olunub. Hazırda belə xəstələrin sayı 46 nəfərdir. Onların ən yaşlısının 90, cavanının isə 40yaşı var.

“Yəni onların sayı dəyişir. Ev şəraitdə müalicə alanların sayı 13-də olur, 14-də. Rayonlardan olan xəstələr istənilən problem yaranan kimi bizim xəstəxanaya müariət edirlər. Ona görə də daim stasionar müalicədə olan xəstələrin sayı dəyişir. Belə xəstələrin çoxu əldən, ayaqdan, gözdən şikəstdirlər. Bu virusu daşıyanlarını evə buraxmamışdan öncə onların mənzil şəraiti yoxlanılır. Xəstənin müalicə alması üçün lazımi şəraitli mənzilləri olmadığı halda dövlət onları mənzillə təmin etməlidir. Bütün bunlara baxmayaraq, onlar daim həkim nəzarəti altında saxlanılırlar”.

Qeyd edək ki, keçici infeksion xəstəlik olan cüzam xəstəliyinin ilk dəfə1876-cı ildə Armauer Hansen kəşf edib. O, “mycobacterium leprae” bakteriyasının dəri və sinir sistemini zədələməsi nəticəsində əmələ gələn xroniki infeksion xəstəlikdir.

Ağırlaşmış halında ciddi eybəcərliklər yaradır. Müalicəsi aparılmadıqda simptomları 25 ilə qədər davam edə bilir. İlk əlamətləri yüksək hərarət, ürək bulanması (qusma), dəri üzərində yanığabənzər yaralardır. Lepra xəstəliyi kimi də tanınan cüzam zəif qidalanma, xroniki aclıq hallarında xüsusilə təhlükəli sayılır.

Bakteriyanın ən çox sevdiyi yer dəri, qulaq və barmaqların ucları, cinsiyyət orqanlarıdır. Ona görə də bu xəstəlik əsasən təmas yoluyla yayılır. Dünyada milyonlarla cüzamlı xəstə var və hər üç dəqiqədə bir insan lepraya yoluxur. Hindistan və Braziliya başda olmaqla, yüzə yaxın ölkədə bu xəstəlik mövcuddur. 1980-ci illərdə ABŞ-da hər il bu xəstəliyə 250-300 nəfər yoluxurmuş.

Xəstəliyi dərhal müəyyən etmək çox çətindir. Hər şeydən əvvəl bakteriyanın inkubasiya dövrü çox uzundur. Özünü büruzə verdikdən 10-15 il sonra da orqanizmdə yayılır, onu çox zəiflədir və böyük fəsadlar verir. Bir çox halda bu xəstəlik ölümlə nəticələnə bilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=22970

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031