Bəşər Əsədə qarşı döyüşənlər: “əgər sübut etsələr, 100 il içəridə yatmağa hazıram”

20.04.2015 - 15:46

rrBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşməkdə təqsirli bilinən 6 nəfərlik dəstə üzvlərinin – Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Ənvər Seyidov sədrlik edib. Məhkəmədə şahidlər dindiriliblər.

Prosesdə öncə təqsirləndirilən Tariyel Mustafayevin həyat yoldaşı Yeganə Şirinova ifadə verdi. O, ifadəsində həyat yoldaşının neçə ildir xəstəlikdən əziyyət çəkdiyini, müalicə məqsədilə Türkiyəyə getdiyini dedi: “Məni MTN-ə dəvət etdilər, getdim, ifadə verdim. İfadəmdə də Tariyelin müailəcə olunmaq üçün Türkiyə getdiyini, oradan isə məsləhətləşərək müalicəsini Suriyada davam etdirdiyini göstərdim.

İfadəmi oxumağa imkan vermədilər, dedilər ki, nə demisənsə biz də yazmışıq. Məhkəmə vaxtı vəkil Yavər Hüseynli mənə ifadəmi göstərdi, heyrətə gəldim. Guya mən ifadəmdə Tariyelin Suriyaya döyüşməyə getdiyini bildirmişəm. Həyat yoldaşım guya mənimlə məsləhətləşib, mənsə ona getməməyi məsləhət görmüşəm. Tariyel isə guya özbaşına hərəkət edib, döyüşməyə yollanıb. Belə bir şey olmayıb axı.

Həyat yoldaşım tibbi dillə desək, ruhi xəstədir, Bakıda müalicə alırdı. Amma şəriət dilində desək, onun içinə cin girmişdi. Adi həkimlərə də getmişik, dini hocalara da. Yenə də xeyri olmurdu. Son zamanlar özünü çox pis hiss edirdi. Evdə məsləhətləşdik ki, Türkiyədə məşhur olan Adil adlı dini hocanın yanına getsin. Həyat yoldaşım Türkiyədə müalicə alıb. Ordan da məsləhət görüblər ki, Suriyadakı həkimlərin yanına da gedib yoxlansın. O, həm dini yolla ruqiyyə olundu, həm də tibbi yolla müalicəsi aparıldı. Müalicədən sonra İstanbula gəldi, sonra da Bakıya qayıtdı. Mənsə bir müddət Türkiyədə qaldım. Bakıya gələndən bir həftə sonra Tariyeli həbs etdilər”. Şahid Yeganə Şirinova hakimlərin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırdı.

Təqsirləndirilənlərdən Tariyel Musatafayev qısaca bunları dedi: “And olsun o yaradan Allaha ki, mən indiyə qədər bir adama da yalan danışmamışam. Heç kim də çıxıb deyə bilməz ki, sən mənə yalan demisən. Mən burda saxlanılanların heç birini tanımıram. Bircə Ruslanı görmüşəm. Onula da elə münasibətim olmayıb. Bir nəfər çıxsın desin ki, əlimə silah almışam və yaxud hansısa dini icmanın üzvü olmuşam. Əgər onu sübut etsələr, 100 il içəridə yatmağa hazıram.

Mən yanıram ki, günahsız yerə burda həbsdəyəm. Mən kişiyəm. MTN-də dedilər ki, bunların üzünə dur, get azadlığa. Mən ona getmədim. Əgər döyüşmək məqsədilə Suriyaya getsəydim, gəlib deyərdim, heç kimdən də qorxmazdım. Həm yoldaşımın, həm də mənim ifadəmi alan müstəntiq öz istədiyini bura qeyd edib. Xahiş edirəm ki, ifadəmizi götürən müstəntiqi məhkəməyə çağırıb dindirəsiniz. Sonda demək istəyirəm ki, biz namaz qılmağın qurbanı olduq”.

Daha sonra təqsirləndirilən Ruslan Mustafayevin anası Əfiqə Mustafayeva ifadə verdi. O, ifadəsində oğlu ilə fəxr etdiyini dedi: “Mən hər zaman demişəm, indi də deyirəm ki, mənim oğlum namaz qılır, Allaha ibadət edir, bununla fəxr edirəm. Oğlum günahsız yerə həbsdə yatır. Ruslan tutulandan bir nəçə gün sonra qonşular zəng eləyib dedilər ki, eviniz qabağında maşın dayanıb, sizi gözləyir. Mən də nəvəmi bağçadan götürüb evə gəldim. 12-13 nəfər şəxs evdə axtarış aparacaqlarını bildirdi. Səbəbini soruşduqda MTN-in əməkdaşı olduqlarını və Ruslanın işi ilə bağlı axtarış aparacaqlarını dedilər. Bütün otaqları elə-belə axtardılar. Ruslanın otağının qapısı bağlı idi. Açarın yerini gəlindən soruşdum, otağı açdım. Kameranı yandırdılar, çəkiliş apardılar. Bütün yerləri, əşyaları ələk-vələk etdilər. Sonra yatağın altından bir qutu çıxardılar. İlk dəfə idi ki, həmin qutunu görürdüm. Qutunun içindəki patronları çıxarıb mənə göstərdilər. Dedim ki, ola bilməz. Çünki bir gün qabaq gəlinlə həmin otağı təmizləmişdik. Onların qutu çıxardığı yerdə elə şey yox idi, nəvəmin oyuncaqları vardı. Əgər qutu orada olsaydı, çoxdan xəbərimiz olardı. Özləri qoyduqları şeyləri özləri tapdılar. Nə deyək?!

Ruslan başqa cür oğuldur. Ondan heç zaman şikayətim olmayıb. O, həmişə vaxtlı-vaxtında gələrdi. Bir az gec gələn kimi narahat olardım. Uşaqlıqdan bu ölkədə yaşamaq istəmədiyini deyirdi. Türkiyəyə işləməyə getmişdi. Zəng elədim, dedi ki, 3-4 günə gələcəm. Gəldi də. İkinci dəfə işləmək üçün getmək istəsə də onu saxladılar”. Məhkəmə prosesi aprelin 27-də davam etdiriləcək.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı cinayətkar birliyin tərkibinə daxil olan Suriya Ərəb Respublakası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində dini düşmənçilik zəminində iştirak ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 228.1, 12.1, 279.1-ci, 123, 214.2 və 28-ci maddələri ilə ittiham irəli sürülüb.

İnarə Rafiqqızı

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=22997

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728