Quba təhsilində rəzalət: Azərbaycan Bayrağına düşmən münasibət

22.04.2015 - 00:34

quba1Azərbaycanın bölgələrində məmur təxəyyülünün nəticəsi olaraq ortaya çıxan kuryoz hadisələr bitib tükənmir. Adətən bu kimi olaylar məmurların şəxsi həyatı ilə bağlı olursa bu dəfə əldə etdiyimiz məlumat ictimai baxımdan kifayət qədər ilginc və təəssüfdoğurucudur. Bir neçə gün bundan öncə belə olaylardan biri haqda yazmışdıq.

Quba rayonundan cumhuriyyet.az-a daxil olan məlumata əsasən yayımladığımız xəbərdə deyilirdi ki,  bir neçə gün bundan əvvəl rayon mərkəzindəki bir neçə məktəbdən Azərbaycan bayrağı yığışdırılıb. Belə ki, mənbənin bizə bildirdiyinə görə Quba şəhər 1, 4, 6 və 7 saylı orta məktəblərinin üstündə hər zaman dalğalanan Azərbaycan bayraqları götürülüb. Bu azmış kimi sinif otaqlarından, kabinetlərdən də bayraqlar yığışdırılıb. (Rayondan bayraq üzərindən götürülmüş məktəblərdən birinin fotosu redaksiyamıza göndərilib və həmin fotonu da diqqətinizə çatdırırıq)rr

Baş verən olayla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə xüsusilə 4 və 7 saylı məktəblərdə müəllimlər bu prosesə ciddi etiraz ediblər. Onlara ilk əvvəl tapşırığın rayon təhsil şöbəsinin Gülnarə xanım adlı məsul işçisi tərəfindən verildiyi deyilsə də milli bayrağın təəssübün çəkən müəllimləri bu qane etməyib. Bundan sonra rəsmən bildirilib ki, bayraqların yığışdırılması birbaşa təhsil şöbəsinin rəhbəri Loğman müəllimin göstərişidir.

Son olaraq rayondan aldığımız məlumatda bildirilir ki, Quba təhsil müəsisələrində Azərbaycan bayrağına qarşı müəmmalı proses orta məktəblərlə məhdudlaşmayıb. Belə ki, bu günlərdə Quba Sosial İqtisat kollecində də Azərbaycan Bayrağı yığışdırılıb. Burda da prosesin eyni ünvandan göstəriş verildiyi bildirilib.

Yeri gəlmışkən onu da bildirək ki, Loğman Müslümov Quba Rayon Təhsil Şöbəsinin müdir əvəzidir və bu vəzifəyə yeni təyin olunub.  Mövzunu diqqətdə saxlayacağıq…

Short URL: http://www.cumhuriyyet.net/?p=23223

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728