Dollar və avro payıza qədər bahalaşmayacaq

22.06.2015 - 13:19
231187_461413Yaxın bir neçə ayda dolların bahalaşması gözlənilmir. Birləşmiş Ştatların Mərkəzi Bankının uçot dərəcələrinin sabit saxlanılması ilə bağlı qərarı belə deməyə əsas verir. Ekspertlər isə hesab edir ki, bu digər aparıcı valyutalar və neftin qiymətində sabitliyə səbəb olacaq.
Dolların kursu ən azı payızadək sabit qalacaq. Birləşmiş Ştatların Mərkəzi Bankı sayılan Federal Ehtiyyatlar Sisteminin uçot dərəcəsini artırmaqdan imtina edib. Bu qərar nəticəsində dolların dəyəri dünya valyutalarına nisbətən aşağı düşüb. Hər zaman dollar ucuzlaşanda bahalaşan avro da çətin günlərini yaşayır. hazırda tədavül nüfuzuna görə ikinci valyuta olan avroda da vəziyyət qəatəbxş deyil.
Dünyada aparıcı valyutaların dəyər itirib-qazanması ilə birbaşa bağlı olan neftin qiymətində isə mütəxəssislər hələ ki, bir müddət kəskin qiymət dəyişikliyi olacağını düşünmürlər. Neftin qiymətinin sentyabra qədər 60-70 dollar arasında olacağı gözlənilir. bu isə3 o deməkdir ki, isə növbəti 3 ayda Dövlət Neft Fonduna daxil olan vəsaitlərdə hər hansı ciddi dəyişiklik gözlənilmir.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=26908

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728