İnformatika fənni ləğv edilibmi?!

22.06.2015 - 21:20

mekteb-ders-sinifTəhsil naziri Mikayıl Cabbarovun 8 iyun, 2015-ci il tarixli əmri ilə 2015-16-cı dərs ilindən X-XI siniflərdə tədrisin təmayüllər üzrə tədris planına informatika fənni daxil edilməyib.
Bu da suallar yaradır. Axı informasiya-kommunikasiya texnologiyalarının (İKT) aparıcı mövqedə, prioritet olduğu müasir dövrümüzü informatikasız, bu sahə üzrə təhsilsiz necə təsəvvür etmək olar?! Bu fənn doğrudanmı ləğv olunub?
Bu suallarla Təhsil Nazirliyi informasiya şöbəsinin müdir müavini Cəsarət Valehova müraciət etdik.
C.Valehov virtualaz.org saytının sorğusunu cavablandırarkən bildirdi ki, təmayülləşmə 10-11-ci sinifləri əhatə edir və burada informatika fənninin ləğvindən söhbət getmir: “Onda biz həmin məktəblərdə vaxtilə keçirilən 18 fənnin digər 9 -u haqqında da eyni cür danışa bilərik. Təmayülləşmənin əsas məqsədi odur ki, şagird seçdiyi ixtisas üzrə meyl və marağına uyğun daha dərin hazırlığa malik olsun. İnformatika fənni üzrə məktəblilər I-IX siniflərdə biliklər qazanır. Şagirdlər seçdikləri təmayül istiqamətlərdə İKT bacarığından yararlanaraq biliklərə sahib olur. Bu, müasir dünyanın sadə reallığıdır. 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) üzrə tədris olunan fənləri İKT, internet olmadan necə təsəvvür etmək olar?!”
C.Valehov vurğuladı ki, ümumiyyətlə müasir biliklərin tədrisini İKT bacarıqları olmadan təsəvvür etmək mümkün deyil: “Təmayül məktəblərdə İKT-nin seçmə fənn kimi tədrisini heç kimi qadağan etmir.

Bundan başqa, dərsdənkənar məşğələlərin məzmun istiqamətləri müəyyən olunarkən nitq mədəniyyətinin formalaşdırılmasını, savadlı yazı, xarici dil, İKT bacarıqlarının inkişafını, Azərbaycan tarixinin şanlı səhifələrini və tanınmış nümayəndələrini, milli-mənəvi dəyərlərimizi və maddi-mədəni irsimizi, bəşər tarixində müstəsna rol oynayan elmi kəşf və nailiyyətləri, məşhur ədəbi simaların, filosof və alimlərin həyat yolu və fəlsəfi baxışlarını əks etdirən, habelə hüquqi savadlılıq, estetik və ekoloji mədəniyyətlə bağlı məsələlərə diqqət yetirilməsi tövsiyə edilir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=26949

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031